Dünya
Koronavirusun təhlükəli ştamı aşkarlandı
ABŞ-da koronavirusun həm “omikron”, həm də “delta” ştamlarının xüsusiyyətlərini birləşdirən daha bir ştamı müəyyən edilib.
Pubika.az Report-a istinadən xəbər verir ki, hazırda ABŞ-da dominant olan ştam “omikron” “ailə”sinin üzvüdür, lakin alimlər onun əvvəlkilərdən daha sürətli yayıldığını, immunitet sistemini aldatmaqda daha mahir olduğunu və ciddi fəsadlara səbəb ola biləcəyini deyirlər.
“Bu mutant həm “omikron”, həm də “delta” ştamlarının xüsusiyyətlərini birləşdirdiyindən virusun əvvəllər əldə edilmiş immunitetdən yayınmasına imkan verir, xüsusən də “omikron”la yoluxanların”, - Texasdakı Hyuston metodist məktəbinin patoloqu doktor Uesli Lonq deyib.
Oxşar genetik dəyişikliklər Cənubi Afrikada üstünlük təşkil edən və BA.4 və BA.5 kimi tanınan “omikron” ştamlarında da mövcuddur. Onlar “delta” ilə eyni mutasiyaya malikdirlər.
ABŞ koronavirusa yoluxma və ölüm hallarının sayına görə dünyada birincidir.
Qeyd edək ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi










.jpg)




.jpg)

















.jpg)

.jpg)