Dünya
Rus qoşunları daha bir şəhəri nəzarətə götürdü
Mayın 31-i axşama olan məlumata görə, Rusiya qoşunları Severodonetskin əksər hissəsinə nəzarət edir.
Publika.az xəbər verir ki, bu barədə "RBC-Ukrayna" Luqansk vilayət hərbi administrasiyasının rəhbəri Sergey Qaydaya istinadla məlumat yayıb.
"Şəhər daxilində döyüşlər gedir, rus qoşunları təəssüf ki, şəhərin əksər hissəsinə nəzarət edir. Ancaq hardasa hərbçilərimizin mühasirəyə alınacağı qorxusu var. Amma bu baş verməyəcək. Manevr etmək mümkündür", - o deyib.
S.Qaydayın sözlərinə görə, Ukrayna qoşunları tutduqları mövqeləri sakitcə müdafiə edirlər. Dağıntıya gəlincə, Severodonetsk bu səviyyə baxımından Rubijne və Popasnaya yaxınlaşır: demək olar ki, bütün kritik infrastruktur dağıdılıb, mənzil fondunun 90%-i zədələnib, bunun yarıdan çoxunu bərpa etmək mümkün deyil.
Xatırladaq ki, bundan əvvəl Rusiya təyyarələri Severodonetskdəki kimya zavodunun ərazisinə hücum etmişdi. Nəticədə şəhərin üzərində zəhərli bulud qalxıb, yerli sakinlərdən azot turşusu dumanlarına görə sığınacaqlarını tərk etməmələri xahiş olunub.
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO































.jpg)

.jpg)