Dünya
Türkiyəli iş adamı Gürcüstanda həbs edildi
Gürcüstanın Batumi bölgəsində saxlanılan türkiyəli iş adamı Qalib Öztürkə qarşı həbs-qətimkan tədbiri seçilib.
Publika.az gürcü mediasına istinadla xəbər verir ki, Gürcüstan Baş Prokurorluğu ona qanunsuz olaraq külli miqdarda narkotik maddə almaq və saxlamaq, Maliyyə Nazirliyinin İstintaq Xidməti isə vergilərdən yayınma, saxta ödəniş sənədlərinin hazırlanması və istifadəsi ilə bağlı ittiham irəli sürüb.
Məlumata əsasən, Qalib Öztürkün mənzilində aparılan axtarış nəticəsində külli miqdarda kokain müsadirə edilib.
İş adamının vəkili Davit Çavleişvilinin sözlərinə görə, Öztürk ittihamı qəbul etmir və susmaq haqqından yararlanır.
Vəkil onun girov müqabilində sərbəst buraxılması üçün məhkəməyə müraciət etdiklərini bildirib.
Qeyd edək ki, Gürcüstan vətəndaşı olan Qalib Öztürk Batumidə bir neçə mehmanxana və “Metro city” ticarət mərkəzinə sahibdir. O, həmçinin “Metro Turizm” avtobus şirkətinin təsisçisidir.
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi












.jpg)




















.jpg)

.jpg)