Dünya
Qlobal ərzaq böhranının həllində “İstanbul planı”: Taxıl dəhlizi...
Rusiya-Ukrayna müharibəsi nəticəsində yaranan qlobal ərzaq böhranının həlli üçün Türkiyənin fəal diplomatiyası nəticəsində Birləşmiş Millətlər Təşkilatının (BMT) çətiri altında yol xəritəsi hazırlanıb.
Publika.az xəbər verir ki, diplomatik mənbələrin bildirdiyinə görə, Türkiyə Ukraynadakı taxıl ehtiyatlarının təhlükəsiz şəkildə qlobal bazarlara çıxmasını təmin edəcək mexanizm qurmaq üçün bir müddətdir diplomatiya fəaliyyəti aparır.
Bütün tərəflərin yol xəritəsinin detallarını müzakirə etmək üçün yaxın günlərdə İstanbulda görüşəcəyi gözlənilir.
Dördtərəfli görüşdə gəmilərin marşrutu, sığortası, təhlükəsizliyi, xüsusilə bölgədəki dəniz minalarının təmizlənməsi, komandanlıq mərkəzində olacaq zabitlər kimi məsələlər qiymətləndiriləcək.
Ukrayna və Rusiyanın müsbət yanaşdığı mexanizmlə Qara dənizdəki limanların ətrafında minalar təmizlənəcək, taxıl ehtiyatı təhlükəsiz şəkildə xarici bazarlara çıxacaq.
İstanbulda yaradılması planlaşdırılan mərkəz vasitəsilə Ukrayna və Rusiyadan 20 milyon ton taxılın dünya bazarlarına çıxarılması gözlənilir.
Qeyd edək ki, Prezident Rəcəb Tayyib Ərdoğanın bu həftə Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefon danışıqlarının mühüm gündəm mövzularından biri də “taxıl dəhlizi” olub.
Ərdoğanla görüşündə Putin qeyd edib ki, ölkəsi Türkiyə ilə koordinasiyalı şəkildə maneəsiz yük daşımalarını, o cümlədən Ukrayna limanlarından taxıl daşınmasını asanlaşdırmağa hazırdır.
Prezident Ərdoğan Zelenski ilə görüşündə Ukrayna kənd təsərrüfatı məhsullarının dəniz yolu ilə ixracı üçün təhlükəsiz dəhliz yaradılması layihəsinə xüsusi önəm verdiyini bildirib.
Ərdoğan partiyalardan və BMT rəsmilərindən ibarət olacaq İdarəetmə Mərkəzində iştiraka və mərkəzin İstanbulda yerləşdirilməsinə prinsipial olaraq müsbət baxdıqlarını qeyd edib.
Diplomatik mənbələrə görə, Putin və Zelenski də “taxıl dəhlizi” üzrə əməkdaşlığa müsbət baxır.
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO






























.jpg)


