Dünya
Serbiyalı nazir: “Lavrovun Belqrad səfərinin pozulması yaxşı oldu”
Serbiya baş nazirinin müavini, dağ-mədən və energetika naziri Zorana Mixayloviç bildirib ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Serbiyaya iyunun 6-7-nə planlaşdırılan səfəri həm Belqrad, həm də prezident Aleksandr Vuçiç üçün çətin vəziyyət yarada bilərdi. Ona görə də səfərin təxirə düşməsi yaxşı olub.
Publika.az xəbər verir ki, Z.Mixayloviç deyib:
“Biz həqiqətən də çətin bir dövrdə enerji, maliyyə və siyasi mənada ayaqda qalmağa çalışırıq və düşünürəm ki, bizə lazım olan ən son şey dünya problemlərinin bizim çiyinlərimiz üzərindən həll edilməsidir”.
Bundan əvvəl Serbiyanın “Veçerniye novosti” qəzeti yazıb ki, Bolqarıstan, Şimali Makedoniya və Monteneqro öz hava məkanını Lavrovun olduğu təyyarənin Serbiyaya uça bilməməsi üçün bağlayıb.
Həmçinin, Rusiyanın Podqoritsadakı səfiri Vladislav Maslennikov bildirib ki, Monteneqro hakimiyyəti S.Lavrovun təyyarəsinin uçuşu üçün hava dəhlizi verməkdən imtina edib.
Rusiyanın baş diplomatı bir sıra Avropa ölkələrinin onun təyyarəsini Serbiyaya buraxmamaq qərarını ağılsızlıq adlandırıb.
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi













.jpg)



















.jpg)

.jpg)
