Dünya
Dəhşətli qətlin ŞOK TƏFƏRRÜATI: ermənilər Murada görə üzr istədilər - AÇIQLAMA - VİDEO
Xəbər verdiyimiz kimi, iyun 11-də Vladiqafqazda 79 yaşlı taksi sürücüsü Sergey Qriqoryanla müştərisi 35 yaşlı Murad Osmanov arasında yaranan mübahisə sonuncunun ölümü ilə nəticələnib.
Rusiya və Ermənistan mətbuatında azərbaycanlı kimi təqdim edilən M.Osmanovun kimliyi ilə bağlı redaksiyamıza real məlumat daxil olub.
Məsələ ilə bağlı Publika.az-a açıqlama verən Şimali Osetiya-Alaniya Respublikası Azərbaycanlıları Konqresinin fəxri prezidenti Şahin Məmmədov bildirib ki, hadisə iyunun 11-də, axşam 22:00 radələrində baş verib:
"Murad Osmanov 79 yaşlı Sergey Qriqoryanın idarə etdiyi taksiya əyləşib. Bu zaman aralarında mübahisə yaranıb. M.Osmanov sürücüyə 2 bıçaq zərbəsi endirib. O, ehtiyatsızlıqdan əlini də kəsib. Erməni əsilli yaralı şəxs avtomobildən düşərək qışqırmağa başlayıb. Bu zaman polislər onu və M.Osmanovu saxlayaraq xəstəxanaya aparıblar. Xəstəxanada S.Qriqoryanın nəvəsi hücum edərək Murada iki bıçaq zərbəsi endirib. Sonra onun böyük oğlu isə tapançadan atəş açaraq M.Osmanovu qətlə yetirib.
Səhərə kimi M.Osmanovun milliyətini heç kim araşdırmayıb. O, qətldən öncə adının Osmanov Murad olduğunu deyib. Vladiqafqazda 12 minə yaxın azərbaycanlı, 11 minə yaxın erməni yaşayır. Qarabağ müharibəsi ilə əlaqədar yaranan münasibətlərə görə, hamı elə bilib ki, M.Osmanov azərbaycanlıdır. Sonra məlum olub ki, həmin şəxsin atası balkar, anası isə osetindir, yəni azərbaycanlı deyil".
"Bundan sonra erməni diasporasının nümayəndələri burada bizimlə görüşdülər və üzr istədilər. Dedilər ki, biz elə bilirdik, sürücünü sizin millətdən olan şəxs vurub. Ölən şəxsin isə azərbaycanlılara heç bir aidiyyəti yoxdur", - Ş.Məmmədov qeyd edib.
-
Cənubi Qafqaz11:10Azərbaycan sərhədin bu istiqamətində mövqelərini genişləndirib? - İDDİA
-
Nida Xəbər 10:52Bu şəxslər hərbi xidmət keçmədən “yararlı” bilet ala bilər
-
Sosial10:16Formula-1 zamanı Bakıda bu yollar bağlı olacaq
-
Dünya09:46Londonda həyəcan: Kralın bankir qohumu müəmmalı şəkildə öldü
-
Yaxın Şərq09:13Hörmüzdə bu ölkənin tankeri yanır - İran vurub
-
Avropa08:12Avropada poliqonda partlayış - Çox sayda yaralı var
-
Magazin106:16Röya mavi lələkli libasda - FOTO
-
Magazin203:43Həmin adı kürəyinə döydürmüşdü, indi yeni doğulan qızına qoydu - FOTO









.jpg)





.jpg)
















.jpg)


