Dünya
Gürcüstanda yoxsulluq səviyyəsi artdı
Gürcüstanda son bir ildə yaşayış müavinəti (sosial yardım) alanların sayı 19% artıb.
Publika.az xəbər verir ki, bu barədə şimal-qərb qonşumuzun Sosial Xidmət Agentliyinin hesabatında qeyd olunub.
Sözügedən hesabata əsasən, Gürcüstanda 2022-ci ilin may ayında 656 591 nəfər yaşayış müavinəti alıb ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 104 953 nəfər çoxdur.
Qeyd edək ki, Tbilisi yoxsul əhalinin payına görə (əhalinin sayından asılı olaraq) birinci yerdədir. 2022-ci ilin may ayının məlumatına görə, paytaxtda 133 944 nəfər müavinət alır, İmereti ikinci yerdədir, bu bölgədə 84 716 nəfər yaşayış müavinəti alır. Kvemo Kartli isə üçüncü yerdə qərarlaşıb və burada ümumilikdə 81 862 nəfər dövlət yardımı alır. Bununla belə, son bir ildə özünü yoxsul hesab edən və maddi yardıma ehtiyacı olan insanların sayı da artıb.
Belə ki, 2021-ci ilin may ayında 1 049 586 nəfər sosial yardım almaq üçün müraciət edibsə, 2022-ci ilin may ayında bu rəqəm 1 115 082 nəfərə yüksəlib.
-
Region02:42İran səfirindən Avropaya KRİTİK MESAJ - “Tehranın gücünü qəbul etməlisiniz”
-
Sağlamlıq01:11C vitamini ilə bağlı mif dağıldı - Soyuqdəyməyə qarşı kömək etmir, əksinə..
-
Magazin100:15Könül Kərimovanın qızı boşandı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Bu, münasibətinizi daha da gücləndirəcək
-
Magazin229 Avqust 23:36Cem Yılmaz xəstəxanaya yerləşdirildi
-
ABŞ29 Avqust 23:00Tramp CNN telekanalı ilə bağlı elə sözlər dedi ki...
-
MDB29 Avqust 22:24Qadın liftdə uşaq dünyaya gətirdi
-
Sağlamlıq29 Avqust 22:12Mədə şişkinliyinə qarşı bunları edin

















.webp)
.png)










.jpg)
.jpg)