Dünya
Məşhur brend Rusiyanı tərk edir
İspaniyanın “Mango” geyim şirkəti Rusiyadakı biznesini tamamilə bağlamaq qərarına gəlib.
Publika.az xəbər verir ki, brend bir neçə tərəfdaşı ilə Rusiyadakı biznesini onlara ötürmək və 800 işçinin işini saxlamaq üçün razılıq əldə edib.
Şirkət 55 mağazanın hamısını nə qədər məbləğə satdığını açıqlamayıb.
2021-ci ilin sonunda “Mango”nun xalis əməliyyat gəlirinin 8%-i Rusiyanın payına düşüb. Yəni Rusiya Federasiyası şirkət üçün beş ən böyük satış bazarından biri olub.
Xatırladaq ki, Rusiyanın Ukraynada apardığı müharibə fonunda brendin mağazaları martın 3-də fəaliyyətini dayandırıb. Daha sonra belə bir qərarın malların daşınması və tədarükü zamanı yaranan çətinliklərlə bağlı olduğu bildirilib.
-
Ekologiya12:44Sabahın hava proqnozu açıqlandı
-
MDB12:21Parkda yatan azərbaycanlı həbs edildi, sonra Ukraynaya əsir düşdü
-
Sağlamlıq11:57Qadının qaraciyərindən futbol topu boyda şiş çıxardılar - FOTO
-
Ekologiya11:36Qlobal su dövranı ilə bağlı həyəcan təbili: Antroposenin dərin pozulma dövrü başlayıb
-
Hadisə11:20Azərbaycanda Əfqanıstan vətəndaşları saxlanıldı
-
Ekopublika.az07:352027-ci ildə dünyanı yeni böhran gözləyir - Həyəcan təbili çalındı
-
Avto05:45İkinci əl avtomobil alarkən diqqət edilməli gizli detal
-
Hadisə02:18Avtomobil hasara çırpıldı: ölən və yaralananlar var - Qəza yerindən fotolar
























.jpg)











