Dünya
ŞOK İDDİA: Rusiya NATO ilə bu dəhlizdə toqquşa bilər
Suvalki dəhlizi hipotetik olaraq ən təhlükəli ərazidir. Məhz o, Şimali Atlantika Alyansına qarşı müharibə olacağı təqdirdə Rusiya hakimiyyətinin ilk hədəfinə çevrilə bilər.
Publika.az">Publika.az xəbər verir ki, bu barədə "Politico" yazır .
"Litvanın cənub-şərq sərhədində yerləşən Druskininkay şəhəri Suvalki dəhlizi kimi tanınan dar bir strateji əraziyə baxır. Qərb hərbi planlaşdırıcıları xəbərdarlıq edir ki, Rusiya prezidenti Ukraynadakı müharibəni NATO ilə birbaşa toqquşmaya çevirmək qərarına gələrsə, bu ərazi çox güman ki, onun ilk hədəflərindən biri olacaq.”, - mesajda deyilir.
Jurnalistlər Moskvanın Kalininqrada quru dəhlizi yaratmağa cəhd edə biləcəyini və bunun nüvə silahından istifadə etməklə dövlətlərin genişmiqyaslı müharibəsinə təkan olacağını ehtimal edirlər.
Qeyd edək ki, uzunluğu təxminən 100 km olan Suvalki dəhlizinin adını 2015-ci ildə Estoniyanın keçmiş prezidenti Toomas Hendrik İlves verib. Onun fikrincə, bu bölmə ona görə çox təhlükəlidir ki, Rusiya tərəfindən ələ keçiriləcəyi təqdirdə Baltikyanı ölkələrlə əlaqə kəsiləcək.
Daha əvvəl xəbər verdiyimiz kimi, iyunun 18-dən Litva Kalininqrad vilayəti ilə Rusiya Federasiyasının əsas ərazisi arasında sanksiyaya məruz qalmış yüklərin tranzitini dayandırıb. Rusiya artıq reaksiya verib və bildirib ki, tranzit qadağanı "çox sərt və tamamilə qanuni hərəkətlər üçün əsas ola bilər".
Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Rusiya nümayəndələrinin təhdidləri ilə əlaqədar Litvanın müdafiəsinə qalxıb.
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi













.jpg)



















.jpg)

.jpg)
