Dünya
Tokayevdən Nazarbayevlə bağlı ÇAĞIRIŞ
Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev xalqını ölkənin ilk dövlət başçısı Nursultan Nazarbayevin nailiyyətlərini inkar etməməyə çağırıb.
Publika.az xəbər verir ki, bu barədə dövlət başçısının saytında məlumat verilib.
“Bu gün cəmiyyətdə yaxın keçmişimizlə bağlı müxtəlif qərəzli fikirlər səslənir. Lakin bizim müstəqillik dövrünün mühüm nailiyyətlərinin üstündən xətt çəkməyə haqqımız yoxdur. Yadda saxlamaq lazımdır ki, tarixini və liderlərini inkar edən xalqın gələcəyi yoxdur. Ona görə də mən həmvətənlərimi obyektiv və düzgün olmağa çağırıram”, - Tokayev bildirib.
Qazaxıstan Prezidenti onu da əlavə edib ki, qazax xalqının bu yaxınlarda keçirilən referendumda qəbul etdiyi konstitusiyaya düzəlişlər “əslində ikinci respublikanın yaradılması deməkdir”. O, qeyd edib ki, ölkə bütün dövlət qurumlarının dərindən yenilənməsi əsasında dövlət quruculuğunun keyfiyyətcə yeni mərhələsinə keçir.
Bundan əvvəl Qazaxıstanda ölkə Konstitusiyasına dəyişikliklərlə bağlı referendum keçirilib. Əsas düzəlişlərdən biri də Nursultan Nazarbayevə imtiyazla bağlı maddənin ana qanundan çıxarılması olub. Vətəndaşların 70%-dən çoxu sabiq dövlət başçısının fərdi imtiyazlardan və Elbası statusundan məhrum edilməsini dəstəkləyib.
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi












.jpg)




















.jpg)

.jpg)