Dünya
BMT-dən UYĞUR BƏYANATI: "Hədə-qorxu və təhdid daha da şiddətlənib"
Çin Sincan bölgəsində uyğur müsəlmanlarına qarşı "insanlığa qarşı cinayət" sayıla biləcək "ciddi insan haqları pozuntuları" törədib.
Bu barədə Publika.az BMT-nin hesabatına istinadla xəbər verir.
Hesabatda uyğurların və əsasən müsəlman olan digər qrupların üzvlərinin ayrı-seçkilik əsasında saxlanması "hökumətin terrorizm və ekstremizmlə mübarizə strategiyalarından istifadə etməsi" kontekstində təsvir edilib.
Sənəd 4 il sonra, BMT-nin ekspertlər komitəsinin Sincanda məhkəmədənkənar “yenidən təhsil” düşərgələrində təcrid olunmuş 1 milyondan çox uyğur və digər müsəlman azlıqlara diqqət çəkməsindən sonra dərc edilib. Çin insan haqlarının pozulmasını inadla rədd edir. O, əvvəllər regionda ekstremizmə qarşı mübarizə üçün belə mərkəzlər yaratdığını bəyan edib.
“Təsvir edilən siyasət və təcrübələr sərhədləri aşaraq, ailələri parçalayıb və insanlarla əlaqəni kəsib, eyni zamanda uyğur, qazax və digər əsasən müsəlman azlıqlardan olan zərər çəkmiş ailələrə xüsusi əzab verib. İztirablar diaspora üzvlərinə qarşı hədə-qorxu və təhdid nümunələri ilə daha da şiddətlənib", - hesabatda deyilir.
Hesabat xaricdəki bəzi uyğurlar və insan haqları fəalları tərəfindən təsdiqlənsə də, hesabatda tələb olunduğu kimi əlavə araşdırmaya yönəlmiş istənilən addım Çinin əhəmiyyətli təsirə malik olduğu bir qurumda BMT-yə üzv dövlətlərin təsdiqini tələb edəcək.
Hüseyn İbadlı
-
İdman03:13“Barselona”dan darmadağın - VİDEO
-
Art01:11Alyona Əliyeva Daş Salnamə Muzeyindən paylaşım etdi - FOTO
-
Magazin100:45Nanə Ağamalıyeva uzun aradan sonra - FOTO
-
Magazin200:15Maykl Duqlas Cek Nikolsonun hara yoxa çıxdığını AÇIQLADI
-
Qoroskop00:00Günün ULDUZ FALI - Tezliklə hər şey daha yaxşı olacaq
-
Sosial31 Oktyabr 23:36Onlara vaxtından əvvəl növbəti xüsusi rütbə verildi - FOTO
-
Hadisə31 Oktyabr 22:36Betonqarışdıran maşın körpüyə belə ziyan vurdu - VİDEO
-
Sağlamlıq31 Oktyabr 21:24Şəkərdən daha təhlükəli olan əvəzedicilər - Beyni sürətlə qocaldır





























.jpg)

.jpg)