Dünya
Kraliça II Elizabet dəfn olundu - YENİLƏNDİ
Böyük Britaniya Kraliçası II Elizabetin meyiti olan tabut Vindzor qəsrinin ərazisində yerləşən Müqəddəs Corc ibadətgahındakı kral məzarına endirilib.
Publika.az xəbər verir ki, mərhumun ailə üzvlərinin, kral sarayının keçmiş və indiki əməkdaşlarının, Böyük Britaniyanın Baş naziri Liz Trassın, Böyük Britaniyanın baş qubernatorlarının iştirak etdiyi anım mərasimi Kanterberi arxiyepiskopunun – İngiltərə kilsəsinin dini rəhbəri Castin Uelbinin duası ilə başa çatıb.
II Elizabetin dəfn mərasimi ilə bağlı keçirilən kütləvi tədbirlər Böyük Britaniya himninin oxunması ilə başa çatıb.
Bundan sonra Kral III Çarlz və kral ailəsinin üzvləri ibadətgahı tərk edərək Vindzor qəsrinə yollanıblar.
Axşam saatlarında Müqəddəs Corc ibadətgahında yalnız hakim sülalənin nümayəndələrinin iştirakı ilə bağlı qapılar arxasında baş tutacaq özəl mərasim keçiriləcək.
xxx
14:35
Böyük Britaniya Kraliçası II Elizabetin dəfn mərasimi başlayıb.
Publika.az xəbər verir ki, mərasim Vestminster abbatlığında keçirilir.
Vidada Azərbaycanı Milli Məclisin sədri Sahibə Qafarova təmsil edir.
Kraliçanın tabutu abbatlığın əsas mehrabına qoyulub.
Onu son mənzilə Kanterberi arxiyepiskopu Castin Uelbi iki min qonağın - kral ailəsinin üzvləri və dünyanın müxtəlif ölkələrindən olan siyasətçilərin iştirakı ilə yola salacaq.
(Report)
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO































.jpg)

.jpg)