Dünya
Möhürlü üzüyün sirri 80 il sonra açıldı - Sahibi görün KİM İMİŞ
Öldükdən təxminən 80 il sonra kimliyi müəyyənləşən əsgər kimdir? İkinci dünya müharibəsi illərində baş vermiş faciəli hadisənin sirri möhürlənmiş üzüklə açılıb...
İkinci Dünya Müharibəsində iştirak etmiş hərbi hava qüvvələri çavuşu Uilyam Harrell ötən gün hərbi mərasimlə dəfn edilib.
Publika.az "The Telegraph"a istinadla xəbər verir ki, çavuş Harrell 1944-cü ildə itkin düşüb. O, qalıqları tapıldıqdan 78 il sonra o, Hollandiyadakı "Jonkerbos" döyüş qəbiristanlığında torpağa tapşırılıb.
SİRR ÜZÜKDƏ GİZLƏNİB…

Bu qəribə hadisənin arxasında bir möhürlü üzük var. Kral Hərbi Hava Qüvvələrində xidmət edən pilot İkinci dünya müharibəsi zamanı qəza nəticəsində dünyasını dəyişib. Lakin ölüm faktı təsdiqlənmədiyi üçün "itkin" kimi qeydiyyata alınıb.
Əslində, müstəntiqlər qəza yerində araşdırma apararkən üzərində əsgərin adının baş hərfləri olan bir möhürlü üzük tapdılar. Lakin bu üzük və qəzanın digər izləri 2019-cu ilə qədər üzə çıxarılmayıb.
2019-cu ildə holland tədqiqatçılar tapılan qalıqları yenidən araşdırarkən üzüklə qarşılaşıblar.
Eyni ildə hollandiyalı hərbi ekspertlər təyyarənin gövdəsində qalan insan qalıqlarının Harrellə məxsus olması qənaətinə gəliblər. Çünki möhürlü üzük sahibinin kimliyini təsdiqləyən ən tutarlı dəlil olub.
Hollandiya Kral Ordusunun xilasetmə bölməsinin komandiri, kapitan Girt Jonker DNT testinə ehtiyac olmadığını bildirib.
Qeyd edək ki, Hollandiya ordusu Qərbi Avropada İkinci dünya müharibəsində təyyarə qəzalarının təhqiqatına cavabdeh mütəxəssis qrupu olan yeganə ordudur.
UİLYAMIN ÖLÜMÜ

Uilyam Harrell altı təyyarəli, silahlı kəşfiyyat missiyasından qayıda bilməyəndə cəmi 21 yaşında olub. Onun ölümü müttəfiqlərin alman xətlərini yarmaq və Reyn çayında möhkəmlənmək üçün keçirdikləri əsas əməliyyatı olan "Market Garden"dan 1 gün əvvələ təsadüf edir.
Şahidlərin sözlərinə görə, təyyarə Arnhemdən 14 mil şimalda əkinçilik sahəsində qəzaya uğrayıb və qalıqları ertəsi səhər aparılan axtarış nəticəsində dərin kraterdə, yeraltı sularda tapıblar.
AİLƏSİ AÇIQLAMA VERDİ
Dəfn mərasimindən sonra ölən əsgər Uilyam Harrelin ailəsi açıqlama verib. Onun böyük qardaşı qızı Braydi Harrell bildirib ki, qalıqların tapılması və əmisinin dəfni ailə üçün rahatlıq olub.
"Onun valideynləri, qardaşı və babası onun harada olduğunu bilmədən öldülər, lakin indi onlar və ailəmiz üçün məsələ həll olunub və hər kəs böyük bir rahatlıq hiss edir”.
Mərasimi Uilyamın qardaşı qızı Brydie Hurrell və Kral Hərbi Hava Qüvvələri eskadronunun heyəti və Avstraliyadan gələn digər ailə üzvləri izləyiblər. ("Yeni Müsavat")
-
Sosial13:09İlham Əliyev sərəncam imzaladı
-
Region13:02Ermənistanda sabiq deputat da saxlanıldı: Paşinyanı hədələdi
-
Rəsmi xronika12:45İlham Əliyevin kabinetindəki yeganə heykəl... - Kimdən yadigardır? - FOTO
-
Dünya12:16SEPAH bu ölkədə gizli hücrələr yaradıb, hücumlar təşkil edib - İfşa olundu
-
Dünya11:50Zelenski 40 dəqiqə söhbət etdiyi Lula da Silvadan nə xahiş edib?
-
Magazin110:06Dünən sünnət olunan ingilis Azərbaycanda evləndi - VİDEO
-
Hadisə09:13Zooparkda dəhşət: 3 yaşlı uşağı timsahların ağzına atdı
-
Yaxın Şərq08:24Səmanın yeni ovçusu - “Dəmir arı” dövrü başladı


































