Dünya
"Tesla"nın səhmləri ÇÖKDÜ
Amerika avtomobil istehsalçısı "Tesla"nın səhmlərinin dəyəri bir il ərzində demək olar ki, iki dəfə artıb.
Publika.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
ABŞ fond bazarında ticarət nəticəsində səhmlərin dəyəri hər biri 204,99 dollara düşüb. Agentliyin məlumatına görə, maksimum qiymət 4 noyabr 2021-ci ildə bir səhm üçün 409,97 dollar səviyyəsində ticarət edildiyi zaman qeydə alınıb. Qeyd edilir ki, "Tesla"nın bazar kapitallaşması da aşağı düşüb və 2022-ci il oktyabrın 15-nə kimi 642 milyard dollar səviyyəsində olub.
Mütəxəssislərin fikrincə, şirkətin səhmləri hazırda ABŞ-da birjalarda ümumi çöküşün olması səbəbindən çöküb. Həmçinin agentliyin məlumatına görə, "Tesla"nın öz problemləri var. Söhbət 3-cü rübdə logistika ilə bağlı çətinliklərlə əlaqədar avtomobil tədarükünün azalmasından gedir.
Mütəxəssislər əlavə edib ki, avtomobil istehsalının həcminə şirkətin ən böyük zavodlarından birinin yerləşdiyi Şanxayda koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən məhdudiyyətlər də təsir edib.
Oktyabrın əvvəlində "Tesla" səhmlərinin 8 faizdən çox dəyər itirdiyi bildirilir. Belə dinamika şirkətin rəhbəri İlon Maskın Rusiya və Ukrayna arasında hərbi münaqişənin sülh yolu ilə həlli ilə bağlı təklifi fonunda müşahidə olunub. İş adamı Krımın Rusiyanın nəzarəti altında, su ilə təmin olunmasını, digər ərazilərdə isə "referendum"ların BMT-nin nəzarəti altında keçirilməsini və səsvermənin nəticəsinə uyğun qərar qəbul etməyi təklif edib.
Hüseyn İbadlı
-
Nida Xəbər 12:00Paşinyandan yeni Konstitusiya ilə bağlı vacib açıqlama: Ən vacib vəzifə Azərbaycanla...
-
Region11:48Ermənistanın 2027-ci il üçün dövlət büdcəsi: Təqaüdlərə 674 milyard, müdafiə xərclərinə...
-
Nida Xəbər 10:18Kredit borcları ilə bağlı hamının gözlədiyi xəbər gəldi - Yeni qərar gözlənilir...
-
Dünya09:42Putin onlara vəd verib: Sizin zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi













.jpg)



















.jpg)

.jpg)
