Dünya
Obama İraqa 475 hərbçi göndərir (VİDEO)
ABŞ prezidenti Barak Obama Amerikanın Yaxın Şərqdə İŞİD
qruplaşmasına qarşı genişləndirilmiş hərbi planlarını
açıqlayır.
Prezident Obama Amerika xalqına müraciətdə ekstremist qrupun ABŞ-ın
milli təhlükəsizliyii üçün yaratdığı təhlükələrdən və bu hədələrə
qarşı mübarizə strategiyasından bəhs edir.
Çıxışında Obama qeyd edir ki, ABŞ İraqa daha 475 hərbi məsləhətçi
göndərəcək.
Telemüraciəti zamanı o əlavə edib ki, terroçu təşkilat “İslam
Dövləti” mövqelərinə Suriya ərazisində aviazərbələrin endirilməsini
istisna etməyib.
“Mən aydın şəkildə çatdırdım, biz ölkəmizi təhdid edən terroçuları
harada olmalarına baxmayaraq, təqib edəcəyik. Bu o deməkdir ki, mən
İraqda olan İŞİD-ə qarşı hərbi tədbirlərə qərarları tərəddüd
etmədən Suriyada olanlar üçün də verəcəm”- deyə prezident
bildirib.
“Bu, mənim prezidentliyimin təməl prinsipidir: Əgər siz Amerikanı
təhdid edirsinizsə, təhlükəsiz sığınacaq tapa bilməyəcəksiniz.
Obama İŞİD məsələsinin BMT TŞ-nin gündəliyinə gətirəmək
niyyətlidir. “Müttəqfiqlərlə birgə işləyərək, biz səyləri ikiyə
qaldıracağıq ki, İŞİD-in maliyyə dəstəyinin qarşısını alaq,
kəşfiyyat fəaliyyətimizi yaxşılaşdıraq, müdafiəni gücləndirək,
qruplaşmanın təhrif olunmuş idealogiyasının qarşısın alaq və Yaxın
Şərqdən əcnəbi döyüşçülərin axınının qarşısını alaq. İki həftədən
sonra mən bu səylər ətrafında beynəlxalq ictimaiyyəti birləşdirmək
üçün BMT Təhlükəsizlik Şurasının iclasında sədrlik edəcəyəm”.
Daha əvvəl prezidentin bildirmişdi ki, ABŞ-ın İraqdakı
əməliyyatlarına Amerika quru qoşunu yeridilməyəcək. O əlavə etmişdi
ki, terrorla mübarizə aviasiyamızdan istifadə olunaraq və müttəfiq
qüvvələrə dəstək olaraq aparılacaq. Eləcə də Barak Obama bildirib
ki, ABŞ İŞİD terrorçu qruplaşmasına qarşı mübarizədə böyük
koalisiyaya rəhbərlik edəcək.
ABŞ prezidenti Barak Obama artıq təcili hərbi kömək üçün İraq
dövlətinə və İraq Kürdüstanı qüvvələrinə 25 milyon dollar ayırıb.
/anspress.com/
-
Magazin101:41
Hüsniyə Məhərrəmli: "Atam, mən Masazırdan təzə çıxmışam" - VİDEO
-
Hadisə00:45
Bakıda DƏHŞƏT: toydan sonra iki nəfər faciəvi şəkildə ÖLDÜ - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: romantik qarşılaşma ola bilər
-
Magazin15 May 23:48
Xalq artisti: “Mənə səhnənin canavarı deyirlər”
-
Sosial5 May 23:12
Yol polisindən gələn zəng onları dəhşətə gətirdi: "Maşın vurub öldürdü" - VİDEO
-
Sosial5 May 22:25
Xaçmazda 17 yaşlı qız 37 yaşlı kişi ilə nişanlanıb? - DİN-dən AÇIQLAMA
-
Magazin15 May 22:00
Ədalət Şükürovun qızının toyundan GÖRÜNTÜLƏR - VİDEO
-
Sosial5 May 21:48
Nübarlıq gilas satışa çıxdı: qiyməti "əl yandırır" - FOTO