Dünya
Fəlakətlər, bədbəxtliklər... - 2022-ci il tarixə necə düşdü?
Fevralın 24-də Rusiya-Ukrayna müharibəsinin başlaması, İngiltərə kraliçası II Yelizavetanın 96 yaşında vəfat etməsi, Türkiyə, Ukrayna, Rusiya və BMT arasında taxıl daşınması müqaviləsi 2022-ci ilə damğasını vuran hadisələr arasında idi. 2022-ci ildə dünyanın ən maraqlı hadisələri...
Publika.az xəbər verir ki, 2022-ci il heç də dünya üçün asan keçmədi. Təbii fəlakətlər, müharibələr, xəstəliklərlə dolu bir il oldu.
2022-ci ildə baş vermiş ən yaddaqalan hadisələri təqdim edirik.
3 YANVAR
ABŞ-ın texnologiya nəhəngi Apple "birjada 3 trilyon dollar dəyərində olan ilk şirkət" oldu.
1 FEVRAL
Azərbaycan Milli Məclisi Türkiyə ilə Azərbaycan arasındakı münasibətləri rəsmi olaraq müttəfiqlik səviyyəsinə çatdıran Şuşa Bəyannaməsini qəbul etdi.
16 FEVRAL
Braziliyanın Rio-de-Janeyro əyalətində leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində 232 nəfər ölüb.
21 FEVRAL
Rusiya prezidenti Vladimir Putin Ukraynanın şərqində rusiyayönlü separatçıların qondarma hakimiyyətinin tanınması haqqında fərman imzalayıb.
Xüsusilə NATO, İrlandiya, Almaniya, Türkiyə, Gürcüstan, İtaliya, İngiltərə, ABŞ, Yaponiya, Avstraliya, Cənubi Koreya, Hollandiya, Yunanıstan, Balkan ölkələri, İsveç, Macarıstan, Moldova, Avropa Birliyi (AB) ölkələri bu qərara reaksiya verdi. Bir çox ölkələr Rusiyaya qarşı sanksiyalar tətbiq etmək qərarına gəlib.
24 FEVRAL
Rusiya prezidenti Vladimir Putin Ukraynanın şərqində Donbasda xüsusi hərbi əməliyyata başladıqlarını açıqlayıb.
25 FEVRAL
Ukrayna prezidenti Volodimir Zelenski ölkə boyu ümumi səfərbərlik elan edilməsi haqqında fərman imzalayıb.
21 MART
Çində, içərisində 132 nəfər olan "China Eastern Airlines" şirkətinə məxsus Boeing 737 sərnişin təyyarəsi Quanqsi əyalətinin dağlıq bölgəsində qəzaya uğrayıb. Qəzadan sağ qalan olmayıb.
22 MART
Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya prezidenti Putin ölkələri üçün “ekzistensial təhlükə” görsələr, nüvə silahına əl atacaqlar.
Kremlin bu bəyanatından sonra Rusiya və ABŞ blokları arasında nüvə müharibəsi riski soyuq müharibə illərindən bəri ən yüksək həddə çatıb.
4 APREL
Amerikanın elektrikli avtomobil istehsalçısı Tesla-nın baş direktoru Elon Musk sosial media nəhəngi Tviter-in "passiv səhmlərinin" 9,2 faizini alıb.
Bu alışla başlayan proses Maskın ay sonra bütün platformanı 44 milyard dollara satın alması ilə nəticələndi.
10 APREL
Fransada keçirilən prezident seçkilərində 12 namizəddən heç biri ilk turda tələb olunan 50 faiz mütləq səs çoxluğunu qazana bilməyib.
Aprelin 24-də keçirilən ikinci turda birinci turdan birinci olan prezident Emmanuel Makron və ikinci olan ifrat sağçı Marin Le Pen mübarizə aparıb. Prezident Makron 58,54 faiz, Le Pen isə 41,46 faiz səs toplayıb.
8 MAY
Finlandiya və İsveç NATO-ya üzv olmaq üçün rəsmi ərizə məktublarını NATO-nun baş katibi Yens Stoltenberqə təqdim ediblər. Uzun illər NATO üzvlüyünə qarşı çıxan iki ölkə Rusiyanın Ukraynaya hücumundan sonra bu addımı atıb.
31 MAY
Avropa İttifaqı (Aİ) ölkələri ilin sonuna qədər Rusiyadan idxal olunan neftin həcmini təxminən 90 faiz azaltmağa razılaşıb.
22 İYUN
Əfqanıstanın Paktika əyalətində baş verən 5,9 bal gücündə zəlzələdə 1150 nəfər həyatını itirib.
7 İYUL
Böyük Britaniyanın baş naziri Boris Conson hakim Mühafizəkarlar Partiyasının lideri vəzifəsindən istefa verib.
22 İYUL
Rusiya prezidenti Vladimir Putin prezident Rəcəb Tayyib Ərdoğana Qara dəniz üzərindən taxıl ixracı və ərzaq məsələlərində vasitəçilik səylərinə görə təşəkkür edib. İyulun 22-dən taxıl dəhlizinin rəsmi açılışı olub.
3 İYUL
ÜST (Ümumdünya Səhiyyə Təşkilatı) meymun virusunu Beynəlxalq İctimai Səhiyyə Fövqəladə Vəziyyəti elan etdi.
23 AVQUST
Avropa İttifaqı (Aİ) Komissiyasının Birgə Araşdırmalar Mərkəzinin ekspertləri Avropada son 500 ilin ən quraq dövrünün yaşandığını bildiriblər.
30 AVQUST
Keçmiş Sovet İttifaqının sonuncu prezidenti Mixail Qorbaçov vəfat edib.
8 SENTYABR
İngiltərə kraliçası II Elizabet 96 yaşında vəfat edib. Elizabetin ölümündən sonra onun 73 yaşlı oğlu Çarlz taxta çıxdı və İngiltərə kralı oldu.
16 SENTYABR
Sentyabrın 16-da Tehranda "əxlaq polisi" kimi tanınan İrşad patrulları tərəfindən "çadra qaydalarına tabe olmadığı" üçün nəzarətə alındıqdan sonra xəstəxanaya aparılan 22 yaşlı Məhsa Əmininin ölümü, İranın paytaxtı 16 Sentyabrda ölkə hökumətinə qarşı etirazlara səbəb oldu.
27 SENTYABR
Ukraynada rusiyapərəst separatçıların nəzarətində olan qondarma Donetsk və Luqansk Xalq Respublikalarında, Rusiya ordusunun ələ keçirdiyi Xerson və Zaporojya vilayətlərində keçirilən referendumlarda “Rusiyaya qoşulma” qərarı verilib.
Sentyabrın 30-da Rusiya prezidenti Vladimir Putin bu regionların Rusiyaya birləşdirilməsi haqqında sazişləri imzalayıb. Lakin Avropa İttifaqı və NATO referendumu tanımadıqlarını bəyan ediblər.
24 OKTYABR
İngiltərədə hakim Mühafizəkarlar Partiyasının liderlik yarışında qalib gələn Rişi Sunak ölkənin yeni baş naziri olub.
Sunak oktyabrın 20-də partiya lideri vəzifəsindən istefa verən Liz Trussı əvəz etmək üçün mübarizə aparıb.
29 OKTYABR
Cənubi Koreyanın paytaxtı Seulda keçirilən Hellouin tədbirlərində yaranan izdihamda 156 nəfər ölüb.
1 NOYABR
Tesla və SpaceX-in baş direktoru Elon Musk satın aldığı Tvitter-in idarə heyətini ləğv edərək özünü "yeganə direktor" elan edib.
7 DEKABR
Almaniyada dövlət çevrilişi planlaşdıran qrup üçün təşkil edilən əməliyyatda saxlanılan 25 nəfərdən 8-i həbs edilib. Bir çox ştatda həyata keçirilən reydlərdə “terror təşkilatına üzv olmaq və ya dəstək vermək” ittihamı ilə həbs qərarı çıxarılıb. Əsir düşənlər arasında keçmiş hərbçilər də olub.
Aydan
-
Magazin112:10
Həyatı faciəli sonluqla bitən aktyor: Bunu çoxları bilmir...
-
ABŞ11:20
Tramp Putinlə gizli görüşüb: görün ona nə deyib... - ŞOK İDDİA
-
Elm və təhsil10:20
NASA-nın cəlilabadlı alimi: Ora necə gedib çıxıb?
-
Sosial09:55
"Balina"nı Bakıdan belə apardılar - VİDEO
-
Nəqliyyat09:36
Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
-
Hadisə09:10
70 kq qızılla tutulan diplomat Bakıya gətirildi
-
Magazin208:55
Kıvançla xanımından Toskanada maraqlı FOTOSESSİYA
-
Nəqliyyat08:40
Bu yollarda tıxac var