Dünya
III Çarlz qardaşını saraydan qovdu
Böyük Britaniya kralı III Çarlz son vaxtlar davranışları ilə özünü rüsvay etmiş qardaşı, şahzadə Endryunu Bukingem sarayından qovub.
Publika.az xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb.
62 yaşlı şahzadə Endryuya Londondakı kral iqamətgahının ərazisində ofis tutmaq qadağan edilib. Monarxın qardaşının ehtiyaclarına xidmət edən heyət də işdən çıxarılacaq.
“Onun saraydakı vaxtı rəsmi olaraq başa çatıb. O, artıq kral ailəsinin üzvü deyil. İndi o, təkbaşınadır”, - nəşr yazır.
Bundan əlavə, məlum olub ki, Britaniya Daxili İşlər Nazirliyi bundan sonra şahzadə Endryuya təhlükəsizlik xidməti göstərməyəcək. Bu xidmət xəzinəyə 3 milyon funt-sterlinqə (təxminən 6152893 azn) başa gəlirdi.
Dekabrın 21-də III Çarlz həyat yoldaşı, Kraliça Konsorti Kamillanı, Bukingem sarayının mühafizəsi ilə də məşğul olan Qrenadlar Qvardiyasının polkovniki təyin edib. Bu titula əvvəllər Şahzadə Endryu sahib idi.
Qeyd edək ki, 2022-ci ilin əvvəlində Şahzadə Endryu Amerikalı Virciniya Giuffreyə cinsi zorakılıq faktı ilə bağlı hüquqi prossesə cəlb olunub. Qadın iddia edir ki, hələ 17 yaşında olarkən o, şəhzadə ilə üç dəfə cinsi əlaqədə olmağa məcbur edilib. 2022-ci ilin yanvarında II Yelizaveta Endryunu titulundan və hərbi rütbələrindən məhrum etdi.
Şahzadə Endryunun tanışları deyirlər ki, onun çoxsaylı məşuqələri olub.
Ayşən
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi












.jpg)




















.jpg)

.jpg)