Dünya
Georgiyevadan 2023-cü il AÇIQLAMASI: "Daha çətin il olacaq"
"2023-cü il dünya iqtisadiyyatının böyük hissəsi üçün çətin il olacaq".
Publika.az xəbər verir ki, bununla bağlı Beynəlxalq Valyuta Fondunun (BVF) direktoru Kristalina Georgiyeva xəbərdarlıq edib.
O, CBS televiziyasına müsahibəsində qlobal iqtisadiyyatla bağlı qiymətləndirmələr edib.
BVF-nin 2023-cü ildə tənəzzüllə bağlı gözləntiləri ilə bağlı suala cavab verən Georgieva deyib:
"Dünya iqtisadiyyatının çox hissəsi üçün bu il, geridə qoyduğumuzdan daha çətin bir il olacaq".
Georgiyeva buna səbəb kimi ABŞ, Avropa İttifaqı (Aİ) və Çin kimi 3 böyük iqtisadiyyatın yavaşlamasını göstərib.
BVF direktoru vurğulayıb ki, bu sahədə ABŞ daha dözümlüdür:
"Çünki ölkədə əmək bazarı kifayət qədər güclüdür. ABŞ iqtisadiyyatı tənəzzüldən sağ çıxa biləcək. Lakin bu, inflyasiyanın azaldılması üçün ABŞ Federal Ehtiyat Sistemini (FES) daha uzun müddət faiz dərəcələrini daha yüksək saxlamağa məcbur edəcək".
Hüseyn İbadlı
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi









.jpg)




.jpg)


















.jpg)

.jpg)