Dünya
900 min ayırdılar - Sovetlərin izini silmək üçün
Estoniya hakimiyyəti sovet hərbi abidələrinin sökülməsi üçün 900 min avrodan çox vəsait ayırıb.
Publika.az bu baradə xarici KİV-ə istinadla xəbər verir .
Nazirlər Kabinetinin sözçüsü Yevgeniya Vyarya bildirib ki, hakimiyyət “təhlükəsizliyi təhdid edən” sovet abidələrinin ictimai məkandan çıxarılması üçün Müdafiə Nazirliyinin tabeliyində olan orqanlara 916 405 avro ayırıb.
Bundan əvvəl məlum olub ki, Estoniyada 240-dan çox sovet abidəsinin sökülməsi planlaşdırılır. Hazırda onlardan 56-sı artıq sökülüb, daha 74 abidə neytral kimi tanınıb.
Daha sonra məlumat yayılıb ki, ölkə hökuməti Narvada daha iki sovet abidəsini sökmək niyyətindədir.
Şəhər rəhbərliyinin 1941-1945-ci illərdə həlak olmuş Narovye sakinlərinin adları yazılmış xatirə lövhəsinin və 1918-ci ildə Narva uğrunda döyüşdə həlak olmuş Qırmızı Ordu əsgərlərinin xatirəsinə ucaldılmış məzar abidəsinin sökülməsinə razılıq verəcəyi gözlənilir.
Ayşən
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO






























.jpg)

.jpg)