Dünya
Hollandiyanın baş naziri Zelenskini Rusiya ilə danışıqlar aparmağa çağırıb
Hollandiyanın baş naziri Mark Rutte Ukrayna prezidenti Vladimir Zelenskini Rusiya ilə sülh danışıqlarına başlamaq barədə qərar qəbul etməyə çağırıb.
Publika.az xəbər verir ki , o, bu barədə Vaşinqtonda Atlantic Council Amerika analitik mərkəzində çıxışı zamanı bildirib.
Siyasətçinin sözlərinə görə, bu qərarı yalnız Zelenski Ukrayna hökuməti və xalqı ilə birlikdə verə bilər. Qərb ölkələri də bu məsələdə ona təsir göstərə bilməz.
“Gəlin bir vəziyyəti təsəvvür edək. Mən Amerika prezidentinə zəng edib deyirəm: “Salam, Co. Danışan Markdır. Belə çətin adam olma, kanadalılarla, meksikalılarla danışıqlara başla”. O, bu tələbi qəbul etməzdi”, - deyən Rutte Zelenski ilə bağlı vəziyyətin oxşar olduğunu və Ukrayna liderinin Qərb liderlərinin məsləhəti ilə rusiyalı həmkarı Vladimir Putinlə danışıqlara razı olmayacağını bildirib.
Qeyd edək ki, bir müddət öncə Ukrayna prezidentinin mətbuat katibi Sergey Nikiforov bildirib ki, Kiyev beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq, Rusiya ilə danışıqları bərpa etmək barədə ciddi düşünməyə hazırdır.
Ayşən
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi












.jpg)




















.jpg)

.jpg)