Dünya
Avtomobil nəhəngi kriptovalyutaların çökməsi səbəbindən milyonlar itirdi
Avtomobil nəhəngi Tesla, ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasna təqdim edilən bir şirkət hesabatına görə, 2022-ci ildə kriptovalyutaların dəyər itirməsindən 204 milyon dollar zərər görüb.
Bununla belə, bitkoinin çevrilməsindən əldə edilən gəlir Teslaya 64 milyon dollar gətirib və bu, itkiləri qismən kompensasiya etməyə imkan verib. Eyni zamanda, 2021-ci il üçün hesabata görə, şirkət rəqəmsal aktivlərin qiymətinin azalmasından 101 milyon dollar itirib və kriptovalyutaların satışından 128 milyon dollar gəlir əldə edib.
Publika.az xəbər verir ki, avtomobil istehsalçısı qeyd edib ki, şirkətin aldığı bitkoinlər əbədi qeyri-maddi aktivlərdir və bazar qiymətinə uyğunluğunu müəyyən etmək üçün onların dəyəri vaxtaşırı yoxlanılır. Bu müddət ərzində digər aktivlərin bazar dəyəri artsa belə, bu, Teslanın qazanc məlumatlarına mənfi təsir göstərə bilər.
2021-ci ilin birinci rübündə milyarder İlon Maskın təsis etdiyi şirkət kriptovalyutalara 1,5 milyard dollar sərmayə qoyub. Lakin 31 dekabr 2021-ci ilə qədər bu aktivlərin dəyəri 1,26 milyard dollara düşüb və 2022-ci ilin ikinci rübündə Tesla kripto aktivlərinin 75 faizini satmalı olub. İyunun 30-na olan məlumata görə, avtonəhəngin balansında qalan kriptovalyutalar 222 milyon dollar, sentyabrın 30-da 218 milyon dollar, 2022-ci il dekabrın 31-də isə artıq 184 milyon dollar dəyərində olub. Həmçinin, ötən ilin dördüncü rübü üzrə Tesla hesabatının dərcindən sonra məlum olub ki, bu müddət ərzində avtomobil istehsalçısı kriptovalyutalarla əməliyyatlar həyata keçirməyib.
Ayşən
-
Rəsmi xronika14:52İlham Əliyev məktəbəqədər təhsillə bağlı fərman imzaldı
-
Nida Təhlil 14:42İranda "perestroyka" başladı: Pişiyin rənginin əhəmiyyəti yoxdur, yetər ki...
-
Sosial13:09İlham Əliyev sərəncam imzaladı
-
Region13:02Ermənistanda sabiq deputat da saxlanıldı: Paşinyanı hədələdi
-
Rəsmi xronika12:45İlham Əliyevin kabinetindəki yeganə heykəl... - Kimdən yadigardır? - FOTO
-
Dünya12:16SEPAH bu ölkədə gizli hücrələr yaradıb, hücumlar təşkil edib - İfşa olundu
-
Dünya11:50Zelenski 40 dəqiqə söhbət etdiyi Lula da Silvadan nə xahiş edib?
-
Magazin110:06Dünən sünnət olunan ingilis Azərbaycanda evləndi - VİDEO

































