Dünya
Kadırovun cins ayğırı bu ölkədə oğurlandı
Çeçenistan prezidenti Ramzan Kadırova məsxus olduğu iddia edilən, təxminən 400 min kron (təxminən 30.600 azn) olan Zazou adlı saf cins ingilis ayğırı tövlədən oğurlanıb.
Publika.az xəbər verir ki, bu barədə "İdnes" nəşri məlumat yayıb.
"Litomerice polisinə Krabçiçedəki tövlədən at oğurlanması barədə məlumat daxil olub. Oğurluq, ehtimal ki, martın 3-dən 4-nə keçən gecə baş verib. Görünür, naməlum şəxs sürüşən qapıdan karabinli təhlükəsizlik zəncirini çıxarıb və damazlıq ayğırı aparıb. İndi biz intensiv şəkildə axtarışdayıq”, - polisin mətbuat katibi Pavel Kofrova nəşrə bildirib.
Ayğırın əlamətləri belədir: 16 yaşlı saf qanlı ingilis ayğırının alnında nizamsız ağ ulduz işarəsi var, sağ arxa ayağının tibia oynağının altındakı hissəsi də ağ rəngdədir.
Nəşrin yazdığına görə, bu ayğır 2012-ci ildə alınıb, uğurlu yarış karyerası olub.
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı










.jpg)




















.jpg)

.jpg)