Dünya
Bu ölkəyə getmək istəyənlərin nəzərinə: Sabahdan viza veriləcək
Çin martın 15-dən etibarən xarici vətəndaşlara ölkəyə daxil olmaq üçün bütün kateqoriyalar üzrə vizaların rəsmiləşdirilməsini və verilməsini bərpa etmək niyyətindədir.
Publika.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin Konsulluq İşləri Departamenti bildirib.
Vətəndaşların sərhəddən keçidinin daha da yaxşılaşdırılması məqsədilə Pekin vaxtı ilə martın 15-i saat 00:00-dan etibarən vizaların verilməsi və əcnəbi vətəndaşların Çinə daxil olması siyasətində düzəlişlərin edilməsi qərara alınıb.
"Xaricdə viza verən orqanlar Çinə səfər edən əcnəbi vətəndaşlara bütün kateqoriyalar üzrə vizaların işlənməsini və verilməsini bərpa edəcək", - sənəddə deyilir.
Həmçinin qeyd olunur ki, martın 15-dən 2020-ci il martın 28-dək verilmiş və müddəti bitməmiş vizaların funksiyası bərpa olunacaq. Bundan əlavə, “müvafiq şərtlər yerinə yetirildikdə” sərhəd-keçid məntəqələri tərəfindən transsərhəd vizalarının verilməsi bərpa ediləcək.
Ayşən
-
Dünya09:42Putin onlara vəd verib: Siz zənginizə həmişə cavab verəcəyəm
-
Sosial09:36Pensiyaçılarla bağlı yeni vəziyyət yarandı - 200 manat verilir, əvəzində…
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi










.jpg)




.jpg)

















.jpg)

.jpg)