Dünya
Britaniya ona qadağa qoydu
Böyük Britaniya İsveçin NATO-ya üzvlüyünü çətinləşdirən və Quranı yandıran danimarkalı sağçı Rasmus Paludanı ölkəyə buraxmayacaq.
Publika.az xəbər verir ki, bu barədə "Avropa həqiqəti" məlumat yayıb.
Təhlükəsizlik naziri Tom Tugendhat parlament dinləmələri zamanı deputatların Paludanın risk yarada biləcək və ölkəyə buraxılmayacaq şəxslər siyahısına daxil edilməsi ilə bağlı sualını cavablandırıb. O, bildirib ki, Rasmus Paludan Ramazan ayının əvvəlinə qədər Britaniyaya gəlib Quranın yandırılması ilə bağlı kütləvi aksiya keçirmək istəyir.
Bundan sonra parlamentarilər sual qaldırıblar ki, hökumət təhlükəsizlik risklərinə necə münasibət bəsləyir və sözügedən planların həyata keçirilməsinə icazə veriləcək? Təhlükəsizlik naziri cavab verib ki, R.Paludanın Britaniya girişi yolverilməzdir.
Qeyd edək ki, Rasmus Paludan uzun müddətdir ki, Quranın yandırılması ilə müsəlmanlara qarşı hərəkətləri ilə tanınır. Son hərəkətlər Türkiyə ilə İsveç və Finlandiya arasında onların NATO-ya daxil olması ilə bağlı danışıqlarda bir aydan çox fasiləyə səbəb olduğu üçün xüsusi diqqəti cəlb edib.
Ayşən
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı










.jpg)




















.jpg)

.jpg)