Dünya
Kim Çen müharibənin qarşısını almaq üçün yollar axtarır
Şimali Koreya lideri Kim Çen In Koreya yarımadasında təhlükəsizlik vəziyyətinin pisləşməsi fonunda “sürətlə güclənən” Şimali Koreya müharibəsinin qarşısının alınması qüvvələrinin genişləndirilməsinin və səmərəli istifadə edilməsinin zəruri olduğunu bildirib.
Publika.az xəbər verir ki, bu barədə Şimali Koreyanın Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.
Aprelin 10-da Kim Çen-in sədrliyi ilə Partiyanın Mərkəzi Komitəsinin qərargahında Koreya Fəhlə Partiyasının 8-ci çağırış Mərkəzi Hərbi Komitəsinin (MHK) 6-cı genişləndirilmiş iclası keçirilib. İclasda mövcud vəziyyət, hərbi əməliyyatların müxtəlif planlarının tərtibi müzakirə edilib.
Qeyd olunur ki, görüş KXDR-in hərtərəfli genişləndirilməsi və möhkəmləndirilməsi üçün strateji tədbirlər gördüyü bir vaxtda “müharibə açmağa” çalışan “ABŞ-ın və onların Cənubi Koreyalı satqın marionetlərinin intriqalarının artması” fonunda böyük əhəmiyyət kəsb edir.
ABŞ və Cənubi Koreya da “KXDR-ə qarşı müharibəni imitasiya edən” irimiqyaslı birgə hərbi təlimlər keçirib.
“Kim Çen In hər gün pisləşən Koreya yarımadasındakı təhlükəsizlik vəziyyətinə daha ciddi nəzarət etmək üçün sürətlə güclənən KXDR-in müharibədən çəkindirmə qüvvələrinin daha praktik və hücum xarakterli genişlənməsinin, effektiv istifadənin zəruriliyini vurğuladı”, - bəyanatda deyilir.
Ayşən
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi





























.jpg)

.jpg)