Dünya
Kral ailəsi hökümətin hədiyyəsini mənimsədi
Tarixi Kanada markalarının kolleksiyası və Laosdan olan nadir markalar dəsti kral ailəsinə dövlət hədiyyəsi kimi bağışlansa da, monarxiyanın 100 milyon funt-sterlinqlik şəxsi kolleksiyasına daxil olub.
Publika.az xəbər verir ki, bu barədə " The Guardian" yazır.
Nəşrin yazdığına görə, kral ailəsi hökumətin rəsmi hədiyyəsi olan iki marka dəstini mənimsəyib. Onlar III Çarlzın anası II Yelizavetadan miras qalan şəxsi filatelist kolleksiyasına (RPC) daxil edilmişdilər.
Kanada markaları 1939-cu ildə Kanada hökuməti tərəfindən, 1990-cı illərdə kral ailəsinə rəsmi hədiyyələrin onların şəxsi mülkiyyətinin bir hissəsi ola bilməyəcəyinə dair qanun qəbul edilməzdən əvvəl bağışlanmışdı.
2016-cı ildə Kraliça II Yelizavetanın 90 illik yubileyi üçün Laosdan olan markalar dəsti rəsmi hədiyyə olub.
Bukingem Sarayının sözçüsü bildirib: “Kral Filatelistlər Kolleksiyası şəxsi mülkiyyətdir və buna görə də sizin qaldırdığınız hər hansı məqamı şərh etməyəcəyik”.
Kralın kolleksiyası V Corc tərəfindən toplanmış 328 albom və VI Corc tərəfindən toplanmış daha 30 albom, həmçinin II Elizabetin kolleksiyaya gətirdiyi albomlardan ibarətdir.
Ayşən
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi





























.jpg)

.jpg)