Dünya
G7 ölkələri qarşısında təcili vəzifə: 2050-ci ilə qədər...
G7 ölkələrinin xarici işlər nazirlərinin görüşündə qəbul edilmiş birgə bəyanata əsasən, G7 dövlətləri “hər hansı ölkənin enerji ixracından geosiyasi məcburiyyət üçün istifadəsinin qarşısını almaq” məqsədi ilə təmiz enerjinin geniş miqyaslı tətbiqini planlaşdırır.
Publika.az xəbər verir ki, G7 2025-ci ilə qədər sıfır istixana qazı emissiyasına nail olmaq və 2030-cu ilə qədər biomüxtəlifliyin itkisini dayandırmaq öhdəliyini təkrarlayıb.
“Biz qlobal enerji idarəçiliyini gücləndirmək və enerji bazarlarına təmiz enerjidən istifadəni artırmaq kimi yollarla likvidliyi təmin etmək əzmində olduğumuzu bir daha təsdiqləyirik ki, hər hansı bir ölkənin enerji ixracından geosiyasi məcburiyyət vasitəsi kimi istifadə etməsinin qarşısını alaq”, - bəyanatda deyilir.
"Biz başa düşürük ki, enerji təhlükəsizliyinə nail olmaq, eyni zamanda 2050-ci ilə qədər təmiz istixana qazı emissiyalarına keçidi sürətləndirmək və 2030-cu ilə qədər biomüxtəlifliyin itkisini dayandırmaq və bərpa etmək təcili vəzifədir. Bu məqsədlə biz enerji istehlakını azaltmaq, enerji səmərəliliyini artırmaq, qlobal enerji sistemlərinin dekarbonizasiyasını sürətləndirmək üçün qalıq yanacaqlardan asılılığı azaltmaqla yanaşı, təmiz, təhlükəsiz və davamlı enerjinin inkişafı və tətbiqinə başlayırıq”, - bəyanatda vurğulanır.
Qeyd edək ki, G7 liderlərinin sammiti mayın 19-21-də Xirosimada keçiriləcək.
Ayşən
-
MDB09:42Ukraynanın bu şəhərlərə kütləvi hücumu: Rusiya Müdafiə Nazirliyi bəyanat yaydı
-
Hadisə07:55Maştağada partlayış: 2 nəfər yaralandı - Video
-
Sosial03:43Bakıda 52 qəzalı bina söküləcək - Kompensasiya məbləği açıqlandı
-
Qoroskop00:45Günün ulduz falı: qarşınıza yeni hədəflər qoyacaqsınız
-
Magazin221 Sentyabr 20:24"Ömər baba"dan gündəm yaradacaq açıqlamalar
-
Hadisə21 Sentyabr 18:50Nərimanovda çoxmərtəbəli binada yanğın oldu - Yeniləndi
-
Elm və təhsil21 Sentyabr 18:10Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
-
Dünya21 Sentyabr 15:58Ərdoğan Qərbdə oyunu dəyişir: Yunanıstan danışıqlardan kənarda qaldı










.webp)



.jpg)





.jpg)












