Dünya
İsveç parlamenti antiterror qanunlarını sərtləşdirdi
İsveç parlamenti terrorizmlə mübarizə üzrə mövcud qanunvericiliyi sərtləşdirən düzəlişləri qəbul edib.
Publika.az xəbər verir ki, bu barədə “Associated Press” (AP) məlumat yayıb.
Xüsusilə, terrorçu təşkilatların fəaliyyətində iştiraka görə, əgər müttəhim bu təşkilata dəstək və ya təbliğatda iştirak edibsə, həbs müddəti dörd ilədək artırılıb. Təşkilatın üzvü ağır cinayətdə ittiham olunarsa, müddət səkkiz ilə qədər uzadıla bilər.
Terror təşkilatının liderini indi ömürlük həbs gözləyir ki, bu da İsveçdə minimum 20-25 il həbs deməkdir.
Bundan əlavə, indi qanun terror təşkilatlarını maliyyələşdirməyi qadağan edir. Belə bir qrupa qoşulmaq üçün xaricə səfər etmək də qanunsuz olacaq.
Qəbul edilmiş düzəlişlər iyunun 1-dən qüvvəyə minəcək. Onların lehinə 268 deputat, əleyhinə 34 deputat səs verib, 47 deputat bitərəf qalıb.
İsveç və Finlandiya 2022-ci ildə NATO-ya üzv olmaq üçün müraciət edib. Türkiyə onların quruma üzvlüyü üçün terrorçuları dəstəkləməmələri ilə bağlı şərt irəli sürüb. Finlandiya bu ilin martında NATO-ya rəsmi şəkildə üzv olub.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan daha əvvəl bildirib ki, İsveç rəsmi Ankaranın tələblərini yerinə yetirməsə, NATO-ya üzvlüyü ratifikasiya edilməyəcək. O deyib ki, Türkiyənin hələ də İsveçdən bəzi gözləntiləri var və onlar yerinə yetirilməyib.
Xatırladaq ki, NATO-nun Vilnüs sammiti iyulun 11-12-də keçiriləcək.
-
Dünya08:48Piratlar İranın balıqçı gəmisini ələ keçirdilər - 23 nəfərdən xəbər yoxdur
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı










.jpg)




















.jpg)

.jpg)