Dünya
İsveç tarixində bir ilk: PKK üçün...
İsveç tarixində ilk dəfə terror təşkilatı PKK/YPG üçün pul toplayan şəxs mühakimə olunacaq.
Publika.az xəbər verir ki, bu barədə yerli SR dövlət radiosu ölkə prokuroru Hans İhrmana istinadla xəbər verib.
Bildirilir ki, şübhəli İsveçdə şantaj yolu ilə pul toplamaqda təqsirləndirilir.
“Bu, uzun müddətdir mütəşəkkil şəkildə həyata keçirilən daha əhatəli fəaliyyətlərin bir hissəsidir. İstintaq araşdırıldıqca dərinləşir”, - deyə prokuror bildirib.
İhrman, həmçinin şübhəlinin bir neçə həftə sonra mühakimə olunacağını xəbər verib və onun fəaliyyətinin ağır cinayət kimi qiymətləndirilməsi lazım olduğunu vurğulayıb:
“Bu işdə terroru maliyyələşdirmə cəhdi ciddi cinayət kimi qiymətləndirilməlidir, çünki pulların terror hücumlarına getməsi riski vardı. PKK-nın fəaliyyəti təkcə 2022-ci ildə dünyada 54 şiddət hadisəsi ilə əlaqələndirilib. Bu hücumlarda çoxlu sayda mülki vətəndaş həyatını itirib”.
İsveç mediasında yayılan məlumata görə, yanvar ayında saxlanılan şübhəli restorana girərək PKK üçün pul tələb etdikdən və silahla atəş açdıqdan sonra həbs edilib.
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Avropa13 Oktyabr 22:12Papa əməliyyat olundu
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi






























