Dünya
ABŞ Estoniyaya F-22 qırıcıları göndərir
ABŞ Estoniyanın paytaxtı Tallin yaxınlığındakı “Emari” aviabazasına beşinci nəsil “F-22 Raptor” qırıcılarından ibarət eskadron yerləşdirib.
Publika.az "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin Avropadakı komandanlığı məlumat yayıb.
Onlar F-22-nin "Baltik dənizi regionunda təcavüzün qarşısını almaq üçün" Polşadan Estoniyaya gəldiyini qeyd ediblər.
Aprelin əvvəlində 12 ədəd F-22 qırıcısı ABŞ-dan Polşanın “Povidz” aviabazasına “NATO-nun şərq cinahında birləşmiş hava və raketdən müdafiə imkanlarını tamamlamaq üçün mühüm missiya təmin etmək üçün” yerləşdirilib.
Həmçinin qeyd edilir ki, Latviyada İspaniya silahlı qüvvələri NASAMS hava hücumundan müdafiə sistemini yerləşdirib və Estoniyada yerləşən Britaniyanın “Tayfun” qırıcıları Baltik dənizi üzərində hava məkanında patrul xidməti həyata keçirir.
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO






























.jpg)

.jpg)