Dünya
Kanadada meşə yanğınları: Alovların tüstüsü ABŞ-yə çatdı
Mayın 6-da Kanadanın qərbindəki Alberta ştatında başlayan və daha sonra Britaniya Kolumbiyası bölgəsinə yayılan meşə yanğınları nəticəsində yüksələn tüstü ABŞ-yə çatıb.
Publika.az xəbər verir ki, ABŞ-nin Milli Hidrometeorologiya Xidməti bildirib ki, Kanadada meşə yanğınlarından çıxan və atmosferin yuxarı qatında dayanmış tüstü Vaşinqtonda havanın alatoranlığa bənzəməsinə səbəb olub.
Səlahiyyətlilər Kanadanın Alberta ştatındakı meşə yanğınlarından 23-nün nəzarətdən çıxdığını və yanğınların 75 nöqtədə davam etdiyini bildirib.
Rəsmilər qeyd ediblər ki, 300 əsgər yanğınsöndürənlərə dəstək olmaq üçün havadan və qurudan yanğınların qarşısını almağa kömək edəcək.
Yanğınlar 6000-dən çox şagirdə təsir etdiyi üçün 28 məktəbdə təhsil dayandırılıb.
Qeyd edək ki, Kanadada mayın 6-dan başlayan meşə yanğınları səbəbi ilə 29 min sakin təxliyə edilib. Alberta ştatında fövqəladə vəziyyət elan olunub.
-
Səhiyyə08:00Optimal qan şəkəri səviyyəsi müəyyən edildi
-
Sağlamlıq07:47Həkim pijamada yatmağın fəsadları barədə xəbərdarlıq etdi
-
Magazin107:30Vəfat edən Xalq artisti ilə arxiv fotosunu paylaşdı
-
MDB06:16Rusiya FHN-nin mobil tətbiqi sındırıldı - Əhalini nüvə başlığı ilə qorxutdular
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi





























.jpg)

.jpg)