Dünya
Pakistanda kriptovalyuta qadağan edilir
Pakistan Dövlət Bankı, İnformasiya Texnologiyaları və Telekommunikasiya Nazirliyi ölkədə kriptovalyutaların istifadəsini qadağan etmək üçün işə başlayıb.
Publika.az yerli mətbuata istinadən xəbər verir ki, Senatın Maliyyə və Gəlirlər üzrə Daimi Komitəsi hakimiyyət orqanlarına ölkədə kriptovalyuta xidmətləri və internet saytlarını tamamilə bloklamağı tapşırıb.
Komitə, həmçinin ölkə üçün potensial riskləri əsas gətirərək kriptovalyuta ticarətinin leqallaşdırılmasından imtina edib. Qurum kriptovalyuta ticarətinin spekulyativ xarakter daşıdığını və virtual valyutaların terrorizmi maliyyələşdirmək üçün istifadə oluna biləcəyini qeyd edib.
"Kriptovalyuta ilə ticarətə icazə verilə bilməz", - Pakistanın maliyyə naziri deyib.
Bundan əlavə, Daimi Komitə kriptovalyutanın effektiv şəkildə tənzimlənə bilməyəcəyini bildirib və virtual valyutaların ABŞ, Kanada və Çində artıq qadağan edildiyini xatırladıb.
Qeyd edək ki, hökumətin araşdırmasına görə, təkcə 2021-ci ildə pakistanlılar kriptovalyutalara təxminən 20 milyard dollar sərmayə qoyublar.
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB1 Noyabr 18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı































.jpg)

.jpg)