Dünya
Krımda tatar fəal oğurlandı
Krım tatar fəalı Ruslan Lyumanov işğal olunmuş Krımda yoxa çıxıb, dünəndən onun haqqında heç bir məlumat yoxdur.
Publika.az xəbər verir ki, bu barədə Krım Dövlət Əmlak Fondunun rəhbəri Rustem Umerov və jurnalist Elvina Seitbulaeva "Facebook"da yazıblar.
"İşğal olunmuş Krımda fəal Ruslan Lyumanov oğurlanıb. Dünən günorta o, Krımenerqodakı evindən çıxıb və yarım saatdan sonra onunla əlaqə itib. Bu, müvəqqəti olaraq işğal olunmuş Krımda Krım tatarlarına qarşı növbəti repressiyadır. Krım tatar fəalı Ruslan Lyumanov yoxa çıxıb", - Elvina yazıb.
"Ruslan bizim böyük dostumuzdur, Krımda illərdir ki, Krım tatar siyasi məhbuslarına və onların ailələrinə kömək edir, məhkəmələrə gedir, azad Krım üçün mübarizə aparır", - Umerov əlavə edib
Lyumanovun həyat yoldaşının sözlərinə görə, onunla əlaqə saxlaya bilməyib. Bildirilir ki, o, 5 uşaq atasıdır.
Ayşən
-
ABŞ03:43Tramp etirazçıları analarının danlağı ilə hədələdi
-
İdman00:00Makqreqor sonuncu döyüşünə çıxır
-
Hadisə1 Noyabr 23:48Bələdiyyə binasında mühasibin meyiti tapıldı
-
Magazin21 Noyabr 22:36Məşhur rejissor ehtiyatsızlıqdan özünü güllələdi
-
Magazin21 Noyabr 21:00Evlilikləri cəmi üç il çəkdi
-
İdman1 Noyabr 20:00Namik Ələsgərovdan fantastik qol - VİDEO
-
Region1 Noyabr 19:24İranda təqaüdçülər etiraza qalxdılar - VİDEO
-
MDB1 Noyabr 18:48Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanıldı































.jpg)

.jpg)