Dünya
Polşa rusiyapərəstlərə qarşı komissiya yaradır - Aİ qəzəbləndi
Avropa İttifaqı Rusiyanın təsirinin araşdırılmasına dair Polşa qanunu ilə bağlı hüquqi addımlar ata bilər.
Bununla müxalifətçilərin dövlət vəzifələrində işləməsi qadağan edilir.
Publika.az xəbər verir ki, bu barədə “Politico” yazır.
ABŞ və Polşa müxalifətinin daha əvvəl hakim olan Hüquq və Ədalət (PiS) partiyasının ilin sonunda keçiriləcək seçkilər ərəfəsində siyasi rəqiblərini qorxutmaq üçün qanundan istifadə edə biləcəyi ilə bağlı səsləndirdiyi tənqidlərə Aİ də qoşulub.
Avropa Komissiyasının dəyərlər və şəffaflıq üzrə vitse-prezidenti Vera Yurova deyib: "Sizi əmin edə bilərəm ki, lazım gələrsə, biz belə bir tədbir üçün yeri gəldikdə, dərhal addım atmaqdan çəkinməyəcəyik".
Yurova Aİ nazirlərinin Brüsseldə keçirilən iclası çərçivəsində komissiyanın qanunun aliliyinin mümkün pozuntuları ilə əlaqədar Polşa və Macarıstana qarşı davam edən işlərinə dair mübahisəli qanundan danışıb.
"İndi xüsusilə Polşadakı vəziyyətdən narahatıq. Buna səbəb vətəndaşları dövlət vəzifələrinə seçilmək hüququndan məhrum edə biləcək xüsusi komissiyadır”,- o bildirib.
Brüssel və Varşava dəfələrlə demokratik prinsiplər üzərində toqquşublar. Avropa Komissiyası Polşa hökumətinin məhkəmə sisteminin müstəqilliyini sərhədləməsi qorxusundan dolayı Aİ fondlarından milyonlarla avronu bloklayıb.
Qeyd edək ki, qanun Kremlin təsiri altında fəaliyyət göstərməkdə təqsirli bilinən şəxslərin on il ərzində dövlət vəsaitlərinin xərclənməsi ilə bağlı vəzifələrdə işləməsini qadağan edə biləcək komissiyanın yaradılmasını nəzərdə tutur. Bu, faktiki olaraq onları namizəd olmaq imkanından məhrum edir.
Bildirilir ki, 9 nəfərdən ibarət komissiya PiS-in cüzi səs çoxluğuna sahib olduğu Parlament tərəfindən seçiləcək. Onun hökmləri qəti olacaq. Reyndersin sözlərinə görə, komissiya “hər hansı məhkəmə nəzarəti imkanı olmadan inzibati qərarla” vətəndaşların dövlət vəzifələrində işləməsini qadağan edə biləcək.
Ayşən
-
Qoroskop00:00Günün ULDUZ FALI - Sevgi həyatınızda xoş sürprizlər ola bilər
-
Dünya17 Sentyabr 23:363I/ATLAS-la bağlı SİRR ÇÖZÜLÜR - Kometin quyruğunda nə aşkar edilib?
-
Cənubi Qafqaz17 Sentyabr 22:48Paşinyan rəqibinə aman vermir - Daha 2 ay...
-
Magazin117 Sentyabr 22:36Hüseyn əməliyyat olundu - FOTO
-
ABŞ17 Sentyabr 22:24Trampın reytinqi tarixi minimuma endi
-
Dünya17 Sentyabr 22:12DƏHŞƏTLİ QƏTL: Kişi yatmış arvadının başını kəsdi
-
Magazin217 Sentyabr 20:48CeyLonun həbsxanadakı oxşarının fotosu gündəm oldu
-
Nida Xəbər 17 Sentyabr 19:50Nəsimi buranı görsə, hüsnünə heyran olardı - VİDEO
















.webp)













.jpg)


