Dünya
XƏBƏRDARLIQ: Görünməmiş hadisələr olacaq
Almaniyada yerləşən Maks Plank İnstitutunun "Geophysics" elmi jurnalında dərc edilən araşdırması Türkiyə üçün gözlənilən təhlükəni bir daha ortaya çıxıb.
Publika.az xarici KİV-ə istinadən xəbər verir ki, Şərqi Aralıq dənizi və Yaxın Şərq yaxın gələcəkdə görünməmiş ekstremal hava hadisələri ilə sarsılacaq. Türkiyə də daxil olmaqla, region ölkələrində qarşıdakı illərdə isti dalğaları, quraqlıq, toz fırtınaları və həddindən artıq yağış kimi böhranlar yaşanacaq.
Bölgədə bu əsrin sonuna qədər temperaturun normadan çox artacağı, xüsusilə yay aylarında görünməmiş yandırıcı istilərin yaşanacağı təxmin edilir.
"Reviews of Geophysics" elmi jurnalında dərc edilən araşdırmada, lazımi tədbirlər dərhal alınmazsa, Şərqi Aralıq dənizi və Yaxın Şərqin çox ciddi bir iqlim böhranının təsiri altına düşəcəyi bildirilib.
Araşdırmalara görə, yağıntının miqdarının azalması ilə bölgə çox ciddi su və qida böhranı yaşayacaq, bütün iqtisadi sektorlar böhrandan təsirlənəcək və bölgədə yaşayan 400 milyon insan çox dağıdıcı təsirlərlə üzləşəcək. Suyun səviyyəsi artdıqca, sahilyanı ərazilər və əkinçilik sahələri bir çox yerlərdə yox olacaq.
Türkiyə ilə yanaşı Yunanıstan, Qətər, Suriya və Səudiyyə Ərəbistanı da iqlim böhranından zərər çəkəcək ölkələr sırasına daxil edilib.
Aysel Şahmar
-
Avropa04:14Dənizin sahilində UNO aşkarlandı - Hərbi Jandarma hərəkətə keçdi
-
ABŞ03:43Ağ Evin yeni mətbuat katibini HƏDƏLƏDİLƏR
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO





























