Dünya
Rəfah əməliyyatı: ABŞ xəbərdarlıq edib, İsrail hücuma keçib
ABŞ İsraili Qəzza zolağının cənubundakı Rəfah şəhərinə yeni hücumlara qarşı xəbərdar edən BMT Təhlükəsizlik Şurasının qətnamə layihəsini təqdim edib.
Publika.az xəbər verri ki, bu barədə "Bloomberg" yazıb.
Layihənin mətnində qeyd olunur ki, Rəfahda genişmiqyaslı əməliyyatın keçirilməsi “mülki əhalinin daha çox zərər çəkməsinə və onların yerdəyişməsinə, o cümlədən potensial olaraq qonşu ölkələrə köçürülməsinə səbəb olacaq ki, bu da regionda sülh və təhlükəsizlik üçün ciddi nəticələrə gətirib çıxaracaq”.
Nəşrin məlumatına görə, ABŞ-da İsrailin baş naziri Benyamin Netanyahunun hərəkətlərinə görə narazılıq artır. O bəyan edib ki, İsrail bölmələri ABŞ və Avropa ölkələrinin liderlərinin ilk növbədə mülki əhalinin təhlükəsizliyini təmin etmək tələblərinə baxmayaraq, Qəzza zolağında hücum əməliyyatını davam etdirmək niyyətindədir.
Bundan əvvəl Rusiya xəbərdarlıq etmişdi ki, Birləşmiş Ştatlar BMT Təhlükəsizlik Şurasının Qəzza ilə bağlı qətnaməsinin qəbuluna mane ola bilər. Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski bildirib ki, Vaşinqton dərhal atəşkəs əldə etməyi nəzərdə tutan Əlcəzair layihəsi ilə razı deyil.
Cəmilə
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
















.jpg)

.jpg)



.jpg)
















