Dünya
Türkiyə imtina etdi: Rusiya taxılını görün hansı ölkə alacaq
Türkiyə buğda idxalını qadağan etdikdən sonra Misir daha çox Rusiya taxılını almağa hazır olduğunu açıqlayıb.
Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın kənd təsərrüfatı naziri Oksana Lut Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda danışıb.
Kənd Təsərrüfatı Nazirliyinin rəhbəri xatırladıb ki, 2023-cü ilin iyun-sentyabr aylarında Rusiya Federasiyası Türkiyəyə üç milyon ton buğda ixrac edib və bununla da Rusiya taxıl alıcıları arasında ikinci yeri tutub. Amma bu yaxınlarda Ankara yerli istehsalçıları qorumaq üçün iyunun 21-dən oktyabrın 15-dək buğda idxalını dayandıracağını bildirib.
Beləliklə, Rusiyanın əlavə üç milyon tonu var. Eyni zamanda Misir daha çox Rusiya buğdasını almağa hazır olduğunu açıqlayıb. Buna görə də, Lutun izah etdiyi kimi, heç bir çətinlik olmayacaq və Rusiya sadəcə olaraq təchizatı yönləndirəcək. Nazirin sözlərinə görə, Türkiyə istənilən halda Rusiyanın strateji tərəfdaşı olaraq qalacaq.
Bundan əvvəl Türkiyənin Kənd Təsərrüfatı Nazirliyi Rusiya buğdasının idxalını dayandırdığını açıqlamışdı . Qadağanın 2024-cü il oktyabrın 15-dək davam edəcəyi gözlənilir.
Xatırladaq ki, Rusiya yanvar ayından aprel ayına qədər Çinə taxıl tədarükünü təxminən 20 dəfə artırdı . Çin gömrük rəsmilərinin məlumatına görə, dörd ay ərzində Rusiya buğdasının Çin bazarına idxalı 96,6 min tona çatıb.
Adəm Abbaslı
-
Nəqliyyat21:51Bakı–Tbilisi–Bakı marşrutu üzrə qatar biletlərinin qiymətləri enəcək? - Rəsmi açıqlama
-
İnanc21:26Qurban kəsərkən edilən böyük səhvlər - İllərdir yanlış bilirmişik
-
MDB21:13Rusiya XİN-dən xəbərdarlıq - Dərhal Kiyevi tərk edin!
-
Elm və təhsil19:20Azərbaycanda yeni universitet yaradılacaq
-
Ekologiya18:10Sabah Bakıya yağış yağacaq - Xəbərdarlıq
-
Rəsmi xronika17:20İlham Əliyev sərəncam imzaladı
-
Sosial17:16Prezidentdən soyuducu anbarlarla bağlı tapşırıq
-
Sosial16:52İTV-nin yeni baş direktoru müəyyən oldu




































