Fransa baş nazirindən xəbərdarlıq: “Sizləri orada ölüm gözləyir”
Bizi izləyin

Dünya

Fransa baş nazirindən xəbərdarlıq: “Sizləri orada ölüm gözləyir”

Fransanın baş naziri Manuel Vals Suriya və İraqın ərazisində cihadda iştirak edən gənc fransızlara xəbərdarlıq edib.

Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, baş nazir onları bu iki ölkədə ölüm gözlədiyini bildirib.

"Mən Fransa vətəndaşlarına, ilk növbədə gənclərə müraciət etmək istəyirəm. Onlar Suriya və ya İraqa müharibəyə yola düşmək ideyası ilə həvəslənə bilərlər. Amma onları başa salmaq lazımdır ki, bu ölkələrdə ölüm onları gözləyir. Bəli, onlar özləri də öldürə bilərlər, insanlara işgəncə verərək və dəhşətli edamlar edərək", - deyə Vals vurğulayıb.

Paris prokurorluğunun məlumatına görə, hazırda cihadçı şəbəkələrə ailələri ilə birlikdə Fransanın 1100-dən çox vətəndaşı qoşulub.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm