İsrail bu təşkilata qarşı çıxdı: onlarla ölkənin nümayəndəsi etiraz etdi
Bizi izləyin

Dünya

İsrail bu təşkilata qarşı çıxdı: onlarla ölkənin nümayəndəsi etiraz etdi

Türkiyənin BMT-dəki daimi nümayəndəsi səfir Əhməd Yıldız da daxil olmaqla 123 nümayəndə Təhlükəsizlik Şurasının qarşısına toplaşaraq mətbuata açıqlama verib.

Publika.az xəbər verir ki, onlar İsrailin BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinə (UNRWA) qarşı fəaliyyətindən dərin narahatlığını ifadə edərək, təşkilata dəstək mesajı veriblər.

Qrup adından çıxış edən İordaniyanın BMT-dəki daimi nümayəndəsi Mahmud Daifallah “Biz İsrailin UNRWA-ya qarşı atdığı addımlarla bağlı kollektiv narahatlığımızı bildirmək istərdik” deyib.

O, agentliyin həyat xilasetmə əməliyyatlarını davam etdirməsinə mane olan qanun layihəsinin də narahatlıq doğurduğunu vurğulayaraq, Qəzzadakı vəziyyətin humanitar fəlakət olduğunu xatırladıb.

UNRWA-nın vacib və əvəzolunmaz rol oynadığını qeyd edən Daifallah, agentliyin fələstinli qaçqınlara göstərilən humanitar yardımın “onurğa sütunu” olduğunu bildirib.

Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm