Bu ölkədə Zelenskiyə məhkəmə quruldu: Əvvəlcə "asdılar", sonra isə...
Bizi izləyin

Dünya

Bu ölkədə Zelenskiyə məhkəmə quruldu: Əvvəlcə "asdılar", sonra isə...

Ukrayna lideri Vladimir Zelenskinin Kiyevin Afrika ölkəsindəki terror qrupları ilə əlaqələrinə görə Malidə “məhkəməsi” təşkil edilib.

Publika.az xəbər verir ki, bu barədə "X" sosial şəbəkəsində "African News feed" portalı məlumat yayıb.

“Malinin paytaxtında Zelenskinin məhkəməsi keçirilib. Onu Malidə fəaliyyət göstərən terrorçulara dəstək verdiyinə görə mühakimə ediblər”, - deyə portal qeyd edib.

“Məhkəmə” zamanı yerli sakinlər əvvəlcə Ukrayna liderinin kuklasını asıblar, sonra isə yandırıblar.

Oktyabrın 10-da Fransanın "Monde" qəzeti mənbələrə istinadən yazıb ki, Ukrayna kəşfiyyatı 2024-cü ilin əvvəlindən Malidəki silahlı separatçı qrupların CSP-DPA alyansının terrorçuları ilə əlaqələrini gücləndirib, Kiyev terrorçulara təlim keçib.

"Monde"nin qeyd etdiyi kimi, Mali silahlıları ilə Ukrayna arasında əlaqələr Mali ordusunun 2023-cü ilin noyabrında Kidal şəhərini ələ keçirməsindən sonra fəal şəkildə inkişaf etməyə başlayıb. Qəzetin yazdığına görə, 2024-cü ilin əvvəlində bir neçə CSP-DPA yaraqlısı Ukraynaya gedib, orada onlar dronların istifadəsi üzrə təlim keçiblər və həmçinin terrorçuları istehsalatla tanış ediblər.

"Monde" mənbələri qeyd edib ki, Ukraynanın siyasəti dəyişməz olaraq qalır: “Harada olursa olsun, "Vaqner" qrupu ilə mübarizə aparmaq”.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm