Dünya
Pakistan və Banqladeş arasında ilk: 53 ildən sonra...
Pakistan yük gəmisinin Banqladeş limanına yanaşması ilə 1971-ci ildən bəri ilk dəfə iki Cənubi Asiya ölkəsi arasında birbaşa dəniz ticarəti həyata keçirilib.
Publika.az xəbər verir ki, bu barədə “Dhaka Tribune” saytı məlumat verib.
Bildirilir ki, yük gəmisi Pakistanın Kəraçi şəhərindən yola düşüb və Banqladeşin Çittaqonq limanına yanaşıb. Gəminin limana yanaşması əhalisinin əksəriyyəti müsəlman olan iki ölkə arasında ticarət əlaqələrinin yaxşılaşdırılması istiqamətində mühüm addım kimi qiymətləndirilir.
Banqladeş 16 dekabr 1971-ci ildə Pakistandan ayrılaraq müstəqillik qazanıb. Çattoqram limanı ilə Pakistanın Karaçi limanı arasında dəniz əlaqəsi olmadığı üçün ticarət Sinqapur və digər qonşu limanlar vasitəsilə həyata keçirilib.
Pakistanın Dəkkədəki səfiri Seyid Əhməd Maruf Kəraçidən Banqladeşə yola düşən yük gəmisinin gəlişindən məmnunluğunu ifadə edib və bu inkişafı "bütün regionda daha inteqrasiya olunmuş və ticarət şəbəkəsinin gücləndirilməsi istiqamətində atılan addım" kimi qiymətləndirib.
Bu təşəbbüsün təkcə mövcud ticarət axınını sürətləndirməyəcəyini bildirən Maruf, kiçik ticarətçilərdən tutmuş böyük ixracatçılara qədər hər iki tərəfdəki bizneslər üçün yeni imkanlar yaradacağını bildirib.
Qeyd edək ki, 2018-ci ildən bəri iki ölkə arasında birbaşa uçuşlar yoxdur. İslamabad administrasiyası Kəraçi ilə Dəkkə arasında birbaşa uçuşların başlamasını istəyir.
Roza
-
Magazin213:40Rusiyanın məşhur reperi evində güllə yarasından öldü
-
Ekologiya12:35Sabahın hava proqnozu açıqlandı
-
Maraq dünyası12:198-ci mərtəbədən yıxılan 5 yaşlı qız sağ qaldı - Möcüzə?
-
Magazin212:10Güven Kıraç 4 ildir münasibətdə olduğu Mervenur ilə ailə qurdu
-
Hadisə11:35Naxçıvanda ağır qəza olub: 6 nəfər xəsarət aldı - FOTO
-
Nida Xəbər 11:27Bakıda Kanaki–Yeni Kaledoniya və Fransız Polineziyası komandalarına dəstək aksiyası
-
Sağlamlıq08:36Səhərlər acqarına limonlu su içənlərə xəbərdarlıq edildi
-
Magazin207:30Ermənistan Avroviziya Uşaq Mahnı Müsabiqəsinin qalibi oldu - VİDEO




































