Dünya
Avrasiyanın ən "şimal burnu"nun zibildən təmizlənməsi üçün neçə il lazımdır?
Avrasiyanın ən şimal nöqtəsi olan Çelyuskin burnunu zibildən tamamilə təmizləmək üçün ən azı on il lazım olacaq.
Publika.az xəbər verir ki, bu barədə “Təmiz Arktika” ekoloji layihəsinin könüllüləri təşkilatın saytında məlumat veriblər.
Könüllülər artıq burundan təxminən 4,5 tona yaxın çıxarıblar. İki ay yarım ərzində “Təmiz Arktika” könüllüləri gələcək ekspedisiyaları planlaşdırmaq və təmizləmə sahəsini kvadratlara bölmək üçün ərazini tədqiq ediblər.
Təşkilat bu qənaətə gəlib ki, burunda təxminən 40 min barel zibil olduğu üçün ərazini təmizləmək on il çəkəcək. Onlar əlavə ediblər ki, təşkilat əlçatmaz yerlərdə zibildən qurtulmağa kömək edəcək təmizləmə texnologiyası hazırlayıb.
“Tundranın səthinə zərər verməmək üçün könüllülər zibil topalarını əl ilə yuvarladılar. Daha sonra bütün zibil helikopterlə gəmiyə çatdırılır. Artıq növbəti mövsümdə biz bu yolla Çelyuskindən təxminən 5 min ton zibil çıxarmağı planlaşdırırıq”, - deyə layihə rəhbəri Andrey Naqibin bildirib .
Tural
-
Cənubi Qafqaz03:44İrəvanda gecə toplantısı: 12 siyasi qüvvə Paşinyana qarşı birləşdi
-
Qoroskop00:45Günün ulduz falı: dünyanızı alt-üst edəcək hadisə baş verə bilər...
-
Sosial4 Noyabr 23:35Bir sıra sosial ödənişlərin məbləği artırılır - Video
-
Hadisə4 Noyabr 21:39Azərbaycanda ov zamanı itkin düşən iş adamının meyiti aşkarlandı
-
Avropa4 Noyabr 20:12Bu dəfə qan ehtiyatlarını hədəf aldılar - Bir neçə obyektə kiberhücum
-
Ekopublika.az4 Noyabr 19:00Mərkəzi Bankdan “Portmanat”a irad - Telefonunuzdakı pullar risk altında
-
Rəsmi xronika4 Noyabr 15:55Prezidentdən Kamran İmanovla bağlı sərəncam
-
Qoroskop4 Noyabr 14:10Bu ilin son iki ayında hansı bürclər evlənəcək? - Sevgi və nikah sürprizləri














.png)


















