Dünya
Müxalifət elan etdi: Prezident ölkədən qaçıb
Abxaziya müxalifəti prezident Aslan Bjaniyanın ölkədən qaçdığını elan edib.
Publika.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, prezidentin qaçdığını müxalifət liderlərindən biri, Abxaziya qəhrəmanı Levan Mika elan edib.
Onun sözlərinə görə, dövlət başçısının harada olduğu məlum deyil: “Biz Bjaniyanın hara, hansı istiqamətə getdiyini deyə biləcək insanları tapa bilmirik”.
O, əlavə edib ki, iqtidarla müxalifət arasında danışıqlar dayandırılıb. Prezident səhərə qədər əlaqə saxlamasa, onun istefası məsələsinə parlamentdə baxılacaq.
Qeyd edək ki, bundan öncə etirazçılar prezidentə istefa etməsi üçün bir saat vaxt vermişdi.
-
Maraq dünyası09:30Dünyanın ən qədim gəmi qəzası Türkiyə sahillərində olub - Yeri tapıldı
-
Sosial09:12Əflatun Amaşovdan Xoşqədəm Hidayətqızına cavab: "Vicdanlarına söykənib..."
-
Avropa08:12Səmada daha bir UNO müşahidə edildi
-
Ekologiya07:17Bu günün hava proqnozu açıqlandı
-
İdman06:46Tottinin həyatındakı ən gözəl gün
-
Magazin206:16Hər həftə bir ev alan şoumen kimdir? - FOTO
-
Dünya04:44Ueynrayt hərbi bazasındakı partlayış 4 can aldı - 40 yaxın yaralı var
-
Səhiyyə03:43Qazlı içkilər və fastfud beyni gizli şəkildə belə məhv edir - Araşdırma

































