Dünya
FETÖ-nün "Tramp kabusu": Terror təşkilatının qorxduğu nüanslar...
FETÖ terror təşkilatının üzvləri noyabrın 5-də ABŞ-da keçirilən seçkilərdə Demokratların namizədi Kamala Harrisin qalib gələcəyinə əmin idilər. Ancaq nəticə gözlədikləri kimi olmadı.
Publika.az xəbər verir ki, Fətullah Gülənin ABŞ-dan kənarda özünü təhlükəsiz hiss etmədiyi üçün uzun illərdir Birləşmiş Ştatlar rəsmiləri ilə yaxşı münasibətlər saxlayıb.
Lakin onlar həmişə Demokrat Partiyasına yaxın olublar. Qurumdan gələn təlimata uyğun olaraq, FETÖ-çülər ABŞ seçkilərində əsasən Demokrat Partiyasına külli miqdarda seçki ianələri edib. Onlar seçki kampaniyalarında Kamala Harrisi dəstəkləyiblər.
Təşkilatdan ABŞ üsulu “Təqiyyə”
FETÖ-nün yuxarı eşelonları ABŞ-da qurduqları nizamın pozulmaması üçün burada öz çirkin strategiyalarını davam etdiriblər. Əvvəllər Türkiyədə olduğu kimi ABŞ-da da “təqiyyə” üsulunu tətbiq ediblər. Təşkilatda hər iki tərəflə bərabər məsafə saxlamaq görüntüsü yaradan media xadimləri respublikaçılarla taktiki əlaqələr qurublar. Təşkilat lideri Gülənin övladlığa götürdüyü Enes Kanter hətta Respublikaçılarla foto da çəkdirib.
Lakin demokratların əksəriyyətindən topladığı imzalarla o, Türkiyədən ABŞ prezidenti Co Baydenə şikayət edib və demokratların hakimiyyətdə olduğu dövrdə yenidən ABŞ vətəndaşlığını alıb. Təşkilatın İcraiyyə Komitəsinə rəhbərlik edən “Zaman” qəzetinin keçmiş baş redaktoru Əkrəm Dumanlının da Trampın əleyhinə olduğu bilinirdi. Qurumun verdiyi göstəriş “Donald Trampa səs verməyin” olub. Təşkilatın bütün səylərinə baxmayaraq, gözləntilər özünü doğrultmayıb.
FETÖ-nün qərargahı sayılan Pensilvaniyada FETÖ üzvlərinin səs verdiyi anketlərdə Demokrat Partiyası çoxluq təşkil etsə də, bütün ştatda respublikaçılar üstünlük təşkil edib. FETÖ üzvlərinin çoxluq təşkil etdiyi Nyu Cersi və Virciniya kimi ştatlarda Demokrat Partiyası qalib gəlsə də, bu, ümumi nəticəyə təsir etməyib.
Donald Trampın ikinci dəfə prezident seçilməsi təşkilat üzvlərində böyük şok effekti yaradıb. Onların təəccübünün ən böyük səbəbi Türkiyəyə ekstradisiya olunma ehtimalıdır.
Kamala Harrisin uduzmasından sonra “məsuliyyət”dən qorxmağa başlayan təşkilat üzvləri Trampa qarşı yazılarını silməyə başlayıblar.
Qaçaq təşkilat üzvü Əmrə Uslu noyabrın 5-dən əvvəl Kamala Harrisin seçkilərdə qalib gələcəyi ilə bağlı paylaşım edib. Seçkilərin nəticələri açıqlanmağa başlayanda və nəticələr onun gözləntilərinin əksinə çıxanda Emre Uslu dərhal “X” paylaşımını silib.
Eynilə, təşkilatın media orqanlarında təbliğat aparan Adem Yavuz Arslan, Bülent Keneş, Levent Kenez kimi qaçaq jurnalistlər də video yayımlarında Donald Trampın seçkidə qalib gəlməsindən məyus olduqlarını gizlədə bilməyiblər.
FETÖ liderinin qardaşı oğlu olan və ifşaları paylaşan Ebuseleme Gülən “Ümid edirəm ki, Tramp terrorçu qardaşları Türkiyəyə ekstradisiya edər və proses bitər" sözlərini paylaşıb.
FETÖ Trampdan niyə qorxur?
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla dostluq münasibətləri olan Trampın yenidən prezident seçilməsi təşkilat üzvlərini bir çox mövzuda qorxudur. Trampın idarə heyətində və vergi qanunları kimi məsələlərdə edəcəyi dəyişikliklər təşkilatı narahat edir.
Trampın Ədliyyə Nazirliyinə namizədliyini irəli sürdüyü Mett Gaetz FETÖ-çüləri qorxudan adlardandır. FETÖ-çülərin qorxduğu başqa bir ad olan keçmiş Demokrat Partiyasının üzvü Tulsi Qabbardın da Milli Kəşfiyyat Müdirliyinə namizədliyi irəli sürülüb.
Təşkilat üzvləri Trampın açıqladığı kabinet üzvlərinin anti-immiqrant və qaçqın siyasətini sərt şəkildə tənqid etməyə başlayıb. Trampın yeni siyasətindən qorxan təşkilata üzv jurnalistlər artıq onları alqışlayacaq yeni ölkələr axtarmağa başlayıblar.
Trampın seçkilərdə qalib gəlməsi ilə FETÖ-nün qorxduğu nüanslar bunlardır:
- Təşkilatın hüquqi statusu, xüsusilə fərari imamlar və əsgərlər, hakimlər, prokurorlar, polis məmurları və digər dövlət məmurları;
- Federal Təhqiqat Bürosunun (FTB) təşkilatın maliyyə strukturu ilə bağlı bu yaxınlarda başlatdığı federal araşdırmalar;
- ABŞ-da təşkilatın əsas fəaliyyəti olan “Charter Schools”-un Tramp dönəmində taleyi;
- Sürətlə kult strukturuna çevrilən təşkilatın işçilərinin/rəhbərlərinin ABŞ-dan deportasiyası;
- Təşkilatın ABŞ-dakı mülklərinə həbs qoyulması kimi məsələlər.
Roza Şəfiyeva
-
Rəsmi xronika16:33
İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verdi
-
Nida Xəbər 15:50
Azərbaycanlı müğənninin ölüm xəbəri yayıldı: Beyninə qan sızıb... - FOTO
-
MDB15:34
“Brilyant əl”in ulduzu öldü - O, sovet dövrünün seks-simvolu sayılırdı
-
İqtisadi gündəm14:55
Bu sahələrdə çalışanlar daha çox maaş alır
-
Dünya14:30
Körfəzdə müdafiə rəqabəti: BƏƏ və Qətərin gözləri Türkiyə bazarında
-
İqtisadi gündəm14:00
Əhalinin gözlədiyi xəbər - Pensiyalar bu qədər artacaq
-
Elm və təhsil12:44
Bu xanımlara vəzifə verildi
-
Nida Xəbər 12:10
Dövlət Xidmətinin 3 əməkdaşı işdən çıxarıldı