Quttereş dünyaya SƏS SALDI: Bu silah bir neçə nəsilləri qorxu içində saxlayacaq
Bizi izləyin

Dünya

Quttereş dünyaya SƏS SALDI: Bu silah bir neçə nəsilləri qorxu içində saxlayacaq

Birləşmiş Ştatların Ukrayna Silahlı Qüvvələrinə verdiyi və Ottava Konvensiyası ilə bütün dünyada qadağan edilmiş piyada əleyhinə minalar mülki əhali üçün böyük təhlükə yaradır.

Publika.az xəbər verir ki, bunu BMT-nin baş katibi Antonio Quterreş bildirib.

“Piyada əleyhinə minalar mülki əhali üçün böyük və real təhlükə yaradır. Hətta hərbi əməliyyatlar dayandırıldıqdan sonra da o dəhşətli silah bir neçə nəsilləri qorxu içində saxlayaraq orada qala bilər”, - deyə beynəlxalq təşkilatın rəhbəri bildirib.

Quterreş beynəlxalq hüquq normalarına riayət etməyə və bu silah növü həddindən artıq nəzarətsiz olduğuna görə ondan imtina etməyə çağırıb.

Qeyd edək ki, Pentaqonun rəhbəri Lloyd Ostin daha əvvəl demişdi ki, Ukrayna silahlı qüvvələri bütün dünyada qadağan edilmiş piyada əleyhinə minalardan məsuliyyətlə istifadə etməlidir.

Adəm Abbaslı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm