Dünya
İran MAQATE-yə belə cavab verdi
İran MAQATE-nin (Beynəlxalq Atom Enerjisi Agentliyi) Rəhbərlər Şurasının İslam Respublikası əleyhinə qəbul etdiyi qətnaməyə cavab olaraq zənginləşdirilmiş uran istehsalı üçün bir neçə min qabaqcıl qaz sentrifuqasını işə salıb.
Publika.az xəbər verir ki, belə bir açıqlama ilə İranın Nüvə Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslami çıxış edib.
İranın yüksək rütbəli nümayəndəsi çıxışında qeyd edib ki, əvvəldən İran tərəfi xəbərdarlıq edib ki, əgər üç Avropa ölkəsi əməkdaşlıq yolu ilə irəliləməsələr, qarşıdurmanı davam etdirsələr, o zaman Tehran mütləq cavab addımları atacaq. Qətnamənin qəbul edildiyi anda nüvə sənayesi proqramına daxil edilmiş yeni sentrifuqalara qaz vurulmağa başlayıb.
İslami onu da bildirib ki, İranın daha yaxşı imkanları var. Bütün bunlara baxmayaraq, Tehran MAQATE-nin nəzarəti altında həyata keçirilən dinc nüvə proqramını davam etdirir. Hazırda uranın zənginləşdirilməsinin səviyyəsi həmin proqramda nəzərdə tutulan 60 faiz həddini keçmir.
Adəm Abbaslı
-
Ekopublika.az08:49Kredit borcu olanlar oxusun: yeni qaydalar qüvvəyə mindi - Mühüm detallar
-
Region05:45Son 3 gündə 5 min nəfər xəstəxanalıq oldu - Türkiyədə naməlum infeksiya
-
Magazin203:18“Breaking Bad”in aktyoru evində ölü tapıldı - İntihar edib?
-
Qoroskop01:20Günün ulduz falı: Əlavə qazanc əldə etmək üçün fürsət yaranacaq
-
Magazin112 Oktyabr 23:35"Anam məktəb direktoru idi, amma dərsə buraxılmadım"
-
Hadisə12 Oktyabr 22:3212 yaşlı şagird özünü məktəb binasından atıb? - Rəsmi açıqlama
-
Kriminal12 Oktyabr 21:00Masazırda avtomobilləri yandıran şəxslər həbs edildi
-
MDB12 Oktyabr 17:24Moskvadan Kiyevə: Seçki keçirsəniz, Putin əmr verəcək ki...






























