Dünya
İran da Qərbi nüvə ilə hədələdi: Təhdid davam edərsə...
"Qərb Birləşmiş Millətlər Təşkilatının (BMT) bütün sanksiyalarını yenidən tətbiq etməklə təhdid etməyə davam edərsə, İran nüvə silahı əldə etmək üçün hərəkətə keçə bilər”.
Publika.az xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Abbas Əraqçi Portuqaliyanın paytaxtı Lissabonda deyib.
Nazir İranın əvvəllər də nüvə silahı istehsal etmək qabiliyyətinə malik olduğunu, lakin bunun ölkənin təhlükəsizlik strategiyasının bir hissəsini təşkil etmədiyini bildirib:
“Avropa ölkələri BMT Təhlükəsizlik Şurasında İrana qarşı sanksiyaları yenidən tətbiq edərsə, İranda hamı əmin olacaq ki, nüvə silahı əldə etməmək doktrinası yanlışdır”.
Əraqçi Cenevrədə keçiriləcək İran və Avropa müzakirəçilərinin görüşünə toxunub:
"Əslində, bu görüş hazırkı vəziyyətdən çıxış yolunun olub-olmadığını öyrənmək üçündür. Mən bu görüşə nikbin baxmıram. Çünki İranın doğru tərəflə danışıb-danışmadığından əmin deyiləm. Avropa ölkələri, xüsusilə Britaniya, Almaniya və Fransa, deyəsən, itaətsizlik siyasətini seçiblər”.
Roza
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar



















.jpg)

.jpg)















