Dünya
ABŞ NATO-dan çıxarsa... - Qərb ola biləcək nəticələri açıqladı
"ABŞ keçmiş Sovet respublikasına yardımı dayandırarsa, Ukrayna Rusiya Federasiyası ilə münaqişəsini bitirəcək, çünki Avropa bu hərbi dəstəyi kompensasiya edə bilməyəcək".
Publika.az xəbər verir ki, bunu isveçrəli deputat Jaklin De Quatro "Tribune de Genève" qəzetinə bildirib.
“Əgər Birləşmiş Ştatlar NATO-dan çıxsa, Ukrayna müharibəni uduzacaq, çünki Avropa bu hərbi dəstək çatışmazlığını doldura bilməyəcək”, - deyə Quatro fikrini bölüşüb.
De Quatro İsveçrənin ABŞ prezidenti Donald Trampın gəlişi ilə Şimali Atlantika Alyansının mümkün zəifləməsindən narahat olduğuna diqqət çəkib.
Qeyd edək ki, Rusiya tərəfi isə hesab edir ki, Ukraynaya silah tədarükü nizamlanmaya mane olur, Şimali Atlantika Alyansı ölkələrini birbaşa münaqişəyə cəlb edir və “odla oynayır”. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, keçmiş sovet respublikası üçün istənilən silah yükü Rusiya Silahlı Qüvvələri üçün qanuni hədəfə çevriləcək. Lavrovun sözlərinə görə, ABŞ və NATO münaqişədə bilavasitə iştirak edir, o cümlədən təkcə silah tədarükü ilə deyil, həm də Böyük Britaniya, Almaniya, İtaliya və digər ölkələrdə kadrların hazırlanması ilə.
Rəsmi Kremlin sözçüsü Dmitri Peskov isə qeyd edib ki, Ukraynanı Qərb silahları ilə doldurmaq danışıqlara kömək etmir və prosesə mənfi təsir göstərəcək.
Adəm Abbaslı
-
Region15:10Paşinyandan Türkiyə sərhədi ilə bağlı AÇIQLAMA: Bakı ilə danışıqlar davam edir
-
Sosial14:05Sədr etiraz etdi: 23 yaşlı tələbənin imtiyazları niyə əlindən alınmalıdır?
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir















.jpg)




.jpg)













