Dünya
Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
İsrailin Baş naziri Benyamin Netanyahu İran rəhbərliyini devirmək təhdidini yenidən səsləndirib.
Publika.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” məlumat yayıb.
Bildirilib ki, Netanyahu İsrailin cənubunda keçirilən hərbi mərasimdə çıxışı zamanı Tehran rəhbərliyinin hələ də “dərsini almadığını” deyib.
O, İranın ali rəhbəri Müctəba Xameneini nüvə silahı hazırlamağa çalışmaqda ittiham edib və İran rejimini devirməyin mövcud təhdidi aradan qaldırmağın yeganə yolu olduğunu bildirib.
“İsrail ordusuna, “Mossad”-a və bütün təhlükəsizlik qurumlarımıza verdiyim göstəriş də bu istiqamətdədir”, - Netanyahu vurğulayıb.
İsrailin müdafiə naziri İsrael Kats isə İranı və onun bölgədəki müttəfiq qüvvələrini oktyabrın 27-də İsraildə keçiriləcək seçkilərin nəticələrinə təsir göstərmək məqsədilə hücumlara hazırlaşmaqda ittiham edib. “Əgər İran İsrailə hücum edərsə, İran yanacaq!” - deyə Kats xəbərdarlıq edib.
Müəllif: Roza
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
-
Yaxın Şərq09:24Hörmüz od içində: Bir gecədə 3 tanker minaya düşdü
-
ABŞ08:12ABŞ və İsrailin İrana yeni hücum planı - Hədəflər bəlli oldu
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?



















.jpg)














