Dünya
Trampdan qitəyə müharibə gətirəcək YENİ STRATEGİYA
Mərkəzi Afrika qurşağı kimi tanınan Sahel bölgəsi ölkələri bir-bir Qərblə hərbi və strateji əlaqələrini kəsir. Bu mənzərədə ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Afrika ilə bağlı planları maraq doğurur. Trampa yaxın adlar isə yeni dövrdə Rusiya və Çinlə yaxınlaşan ölkələrə bütün yardımların kəsiləcəyi şərhini verib.
Publika.az xəbər verir ki, keçən həftə Uqanda administrasiyası ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) təyyarələrinin tez-tez onun hava məkanını zəbt etdiyini və bu uçuşlara icazə verməyəcəklərini açıqlayıb.
Hadisələrin ardınca Co Bayden neftlə zəngin Anqolaya üç günlük səfər təşkil edib. Onun bu səfəri ABŞ mediasında Çinin iqtisadi gücünə və bütün Afrika qitəsində genişlənən Rusiyanın hərbi-siyasi gücünə qarşı addım kimi şərh edilib. Sözügedən səfərdən sonra Trampın Afrika ilə bağlı hansı strategiyanı həyata keçirəcəyi müzakirə mövzusu olub.
Trampın mümkün addımları
ABŞ-da yerləşən qlobal müdafiə nəşri “Defense One”-ın Vaşinqtonda Trampa yaxın adamlardan aldığı məlumata görə, o, prezidentliyinin ilk müddətində olduğundan fərqli siyasət yürüdə bilər.
Belə ki, bölgədə radikal dini terror təşkilatlarının güclənməsi və Rusiyanın “Vaqner” hərbi şirkəti ilə bölgəni özünə bağlaması fonunda Trampın ABŞ-ın qitədən debitor borclarının yığılmasına üstünlük verəcəyi bildirilir.
Trampın qitədə bir çox yeni hərbi müqavilələr imzalaması da gözlənilir. ABŞ-ın dünyanın ən aktiv silah bazarına çevrilmiş Afrikada aktiv liderlik mövqeyini gücləndirəcəyi də pərdə arxasında əks olunan məlumatlar arasındadır.
Yardımlar kəsiləcək
Qitənin az qala yarısı Rusiyanın siyasi və hərbi təsiri altındadadır, digər yarısı isə ABŞ-ın dəstəyini gözləyir. Rusiyanın təsiri altında olan bölgələrdə hərbi çevrilişlərdən narahat olan ölkələr artıq ABŞ Konqresindən 7008-ci maddənin həyata keçirilməsini xahiş edirlər. Bu qərar özündə hərbi çevrilişlərin baş verdiyi ölkələrə ABŞ-dan birbaşa yardımların dayandırılmasını ehtiva edir. Trampın prezidentliyi dövründə Afrika üzrə xüsusi nümayəndəsi olmuş Peter Phamın sözlərinə görə, Tramp hadisələrin ABŞ-ın iqtisadi maraqları ilə ziddiyyət təşkil etdiyi halda bu müddəanı tez bir zamanda tətbiq edəcək: “Çevrilişə cəhd edənlər Rusiya və ya Çinə yaxınlaşarsa, Tramp bütün yardımları kəsəcək”.
Tramp “Vaqner” ilə "savaş"a hazırlaşır
Vaşinqtondakı mənbələr bildirirlər ki, Tramp Rusiyanın muzdlu şirkəti olan “Vaqner”lə mübarizə ilə bağlı ən radikal qərar verəcək. Tramp yeni dövründə “Vaqner”in güclü olduğu hər bir ölkədə ABŞ-ın öz muzdlu qruplarını yerləşdirəcək və onlara kommersiya müqavilələri bağlamaq səlahiyyəti verəcək. Trampın "Vaqner"lə birbaşa münaqişəyə görə muzdlu şirkətlərə xaricdə hücum əməliyyatları aparmaq səlahiyyəti verəcəyi də iddia edilir.
Roza Şəfiyeva
-
ABŞ09:24
Trampın planı bəlli oldu: Neftin qiymətini bu yolla aşağı salacaq, dünyada hər şey...
-
MDB07:30
Onun zənginə görə Putin iclası tərk etdi - VİDEO
-
Magazin106:46
Tünzalənin Hollivud sayağı fotosessiyası
-
Magazin204:44
Görün onlar kimin qardaşı qızlarıdır
-
Sosial03:43
Bakıda zirzəmisi insan sümükləri ilə dolu MƏSCİD - VİDEO
-
Region01:41
İran prezidenti dilə gəldi: "İmkan verin işləyim" - VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Bu, romantik münasibətlərdə dərinlik yaradacaq
-
Region00:00
Türkiyə Ordusuna AĞIR İTKİ